“The Washington Post”: “Rusiyada hər kəs Putini sevir”
Tarix: 24.07.2014 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Rusiya prezideti Vladimir Putinə dünyanın çox az əhalis müsbət münasibətdə bulunmaqdadır. Amma Rusiyada hər şey çox fərqlidir. Rusiya Suriya və Ukraynada qarışıq proseslərə cəlb olanda, onun liderinin populyarlığı yalnız artıb”. Qeyd edək ki, bu barədə “The Washington Post” bildirir.
Qeyd edilir ki, Amerika Birləşmiş Ştatlarının bütün tarixi dövründə yalnız bir neçə Amerika siyasətçisi belə bir milli təsdiqi arzulaya bilərdi. “Gallup”un yeni sorğusuna görə, rusların 83%-i Putinin fəaliyyətini təqdir edir. Bu, ötən illərlə müqayisədə, demək olar ki, 30 faiz çoxdur. Dəqiq desək, ruslar açıq-aydın ona inandıqlarını dilə gətirirlər və hesab edirlər ki, o, hər şeyi düzgün edir.
Müqayisə üçün bildirək ki, Amerikada son dəfə belə bir populyarlığa 11 sentyabr 2001-ci il hücumlarına qədər oğul Buş nail ola bilmişdi. Lakin məlum sentyabr hadisəsindən dörd ay sonra onun ölkədəki reytinqi 80% aşağı düşdü.
Xatırladaq ki, ötən yarım əsr ərzində oğul Buşa qədər oxşar populyarlığa ata Buş, Con Kennedi və Harri Trumen nail ola bilmişdilər. Qeyd edək ki, hər üç lider bu populyarlığa hərbi xarakterli mühüm hadisələr sayəsində nail ola bilmişdilər: “Lakin bunlara rəğmən, Putin hətta, böyük bir müharibə olmadan belə, çox məşhur olaraq qalır. Hazırda bu cür populyarlığa, xüsusilə də, cəmiyyətdə qütbləşmənin və bir çox siyasətçilərin seçicilərinin rəğbətinin yalnız yarısına nail olmaq üçün çalışdığı bir zamanda çox çətindir. Xatırladaq ki, Rusiya cəmiyyətində təkcə Putinin populyarlığı qeyd edilmir. İnsanlar, ümumiyyətlə, Rusiya hakimiyyət orqanları ilə razı olduğunu iddia edirlər. Əlbəttə, belə başa düşülməməlidir ki, rus xalqı Putinə dünya arenasında hər şey etmək hüququ verib? Bəlkə də o, belə düşünür, lakin əslində bu belə deyil”.
Daha sonra qeyd edilir ki, Krım hadisələri Rusiyadan, bizdən fərqli olaraq, başqa cür görünür: onların əksəriyyəti bütün hadisələrin səbəbkarı kimi Ukrayna millətçilərini günahlandırırlar. Bütün bunlara rəğmən, hazırda Putin üçün ən önəmlisi Rusiya xalqından aldığı cavabdır. Bu da, əksər hallarda müsbət reaksiya göstərir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info