Həmsədrlər Azərbaycan və Ermənistanı öhdəlik götürməyə çağırıblar
Tarix: 24.07.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


ATƏT iyulun 22-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdiyi görüşlərlə əlaqədar açıqlama yayıb.
ATƏT-in mətbuat xidmətinin yaydığı məlumata görə, görüşlər zamanı həmsədrlər qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin və zorakılığın artmasından, habelə məqsədli şəkildə dinc sakinlərin qətlə yetirilməsindən narahatlığını ifadə ediblər.
Konkret olaraq vasitəçilər tərəfləri dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə, habelə gərginliyin azaldılması üçün səylər göstərməyə və atəşkəş sazişinə riayət etməyə çağırıblar.
Həmsədrlərlə Azərbaycan və Ermənistan xarici işlər naziri həmçinin prezidentlərin görüşündə nəzərdən keçirilə biləcək məqamları müzakirə ediblər. Onlar bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə aparılan sülh danışıqlarında irəliləyişin əldə edilməsi baxımdan önəmini vurğulayıblar. Tərəflər Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində mümkün görüşləri də müzakirə ediblər.
Açıqlamada qeyd olunur ki, həmsədrlər insanlar arasında etimad mühitinin yaradılması ilə bağlı məsələləri nəzərdən keçirməkdə davam edəcəklər və bunu münaqişə tərəfləri ilə müzakirə edəcəklər. Onlar hesab edir ki, bu cür proqramlar davamlı sülh üçün etibar və əminliyin yaradılmasına yardım edir.
Açıqlamada həmçinin bildirilir ki, Vyanada həmsədrlər Minsk qrupu ölkələrini sülh danışıqlarının gedişatı barədə məlumatlandırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info