I Avropa Oyunları ilə əlaqədar Bakıda tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir
Tarix: 24.07.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz və maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510m, qapalı hissəsi 53,4m, eni isə 34,2m təşkil edəcək.
6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65%-i başa çatdırılıb. Hazırda döşəmə hissəsində bərkitmə işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılacaq.
Tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info