Azərbaycanda “Bilik evləri” yaradılacaq
Tarix: 24.07.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında yeni yaradılan Bilik Fondu ölkə daxilində "Bilik evləri", filiallar, ölkə xaricində nümayəndəliklər yaradacaq. Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
Fondun məlumatında o da qeyd edilib ki, Bilik Fondunun Himayəçilik Şurasının ilk toplantısında iştirak edən Himayəçilik Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sözlərinə görə, Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmə inteqrasiyası ilə əlaqədar təhlillərin aparılması, sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması da Bilik Fondunun əsas vəzifələri sırasındadır.
Fondun Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, əhalinin daha çox maarifləndirilməsi və savadlandırılması məqsədilə yaradılan Bilik Fondu ölkədə ideoloji istiqamətdə fəaliyyət göstərən qurumların məntiqi halqasıdır. Fond gənclərin bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək olacaq, Azərbaycan gənclərinin onlar üçün yaradılan şəraitdən faydalanmasına təkan verəcək.
Sonra Bilik Fondunun İcraçı direktoru Oktay Səmədovun hesabatı dinlənildi. O, görülən işlər və Fondun iş planı haqqında ətraflı məlumat verdi. Şura üzvləri hesabatı hərtərəfli müzakirə edərək yüksək qiymətləndirdilər və Fondun fəaliyyət istiqamətləri ilə bağlı müəyyən tövsiyələr verdilər.
Xatırladaq ki, ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oktay Əlipaşa oğlu Səmədov Prezidentin digər Sərəncamı ilə Bilik Fondunun İcraçı direktoru təyin edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Fondun İcraçı direktorunun da daxil olduğu 9 nəfərdən ibarət Himayəçilik Şurasının digər 7 üzvü də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunub. Sərəncama əsasən, Abdullayev Kamal Mehdi oğlu, Ələkbərov Urxan Kazım oğlu, Əmiraslanov Əhliman Tapdıq oğlu, Həsənli Sabir Hüseyn oğlu, Nemətov Azərpaşa Zəfər oğlu, Qafarova Sahibə Əli qızı, Qurbanlı Mübariz Qəhrəman oğlu 4 il müddətində Bilik Fondunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info