Britaniyalı deputat azərbaycanlı məcburi köçkünlərin məsələsini parlamentdə qaldıracaq
Tarix: 24.07.2014 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Tamvörs vilayətindən millət vəkilliyinə seçilmiş Kristofer Pinçer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında “Many Happy Returns” (MHR) adlı təbliğat kampaniyasına qoşulduğunu bəyan edib. Avropa Azərbaycan Cəmiyyətinin məlumatına görə, Böyük Britaniya Parlamenti İcmalar Palatasının Enerji və İqlim dəyişiklikləri Komitəsinin üzvü Kristofer Pinçer 2012-ci ildən bəri Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun sədridir. K. Pinçer Şəki və Qəbələ də daxil olmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin yerləşdikləri düşərgələrdə olub. Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun 2014-cü ilin mayında Azərbaycana səfəri zamanı o, Azərbaycan jurnalistlərinə açıqlamasında bunları deyib: “Britaniyalı parlamentarilər məcburi köçkünlər üçün Şəkidə salınmış yeni qəsəbələrə baş çəkdik. Bu tikililər didərginlərin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayır. Biz Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycana göstərdiyi təsirdən xəbərdarıq. Biz bu münaqişənin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün Böyük Britaniya Parlamentində məsələ qaldıracağıq”. AAC tərəfindən təşkil edilmiş MHR kampaniyasının başlığı “Many Happy Returns” deyə ingilis sayağı təbrik mesajının əsasında seçilib ki, bu eyni zamanda öz doğma yurd yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Kampaniyanın İnternet səhifəsində www.manyhappyreturnsidp.com məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilib, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.
MHR internet səhifəsi həm də öz istifadəçilərinə “Dünya Qaçqınlar Günü”nün əvəz edilib “Dünya Qaçqın və Məcburi köçkünlər günü” kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info