“Artıq Qəbələ əyalət şəhərindən beynəlxalq mədəniyyət mərkəzinə çevrilir”
Tarix: 24.07.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


“Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etdiyimə görə xoşbəxtəm. Bu festivala pianoçu kimi qatılmağım mənim üçün karyera baxımından çox vacibdir”.
Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu, Polşa Respublikasının fəxri diplomuna layiq görülmüş, Əməkdar Artist Nərgiz Əliyarova festivalla bağlı fikirlərini bildirərkən deyib.
N.Əliyarova bu festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirib.
O, Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəniyyətinin dünyada təbliğ baxımından ən yaxşı vasitə olduğunu qeyd edərək deyib: “Artıq Qəbələ əyalət şəhərindən milli və klassik, Şərq və Qərb musiqisinin həmahənglik təşkil etdiyi beynəlxalq mədəniyyət mərkəzinə çevrilir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri buna əyani sübutdur. Burada klassik və kamera musiqisinin səsləndirilməsi hamıda xoş ovqat yaradır. Mən festivalda çox zəngin olan, insanları daim heyrətləndirən və dünyada özünəməxsusluğu ilə seçilən Azərbaycan musiqisinin yerli və xarici ölkə tamaşaçıları tərəfindən böyük maraqla qarşılandığının bir daha şahidi oldum”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info