“Burada biz bir daha Azərbaycan musiqisinin ecazkarlığının şahidi olduq”
Tarix: 24.07.2014 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


“Sevindirici haldır ki, Qəbələdə tamaşaçılar klassik musiqi konsertlərinə həvəslə gəlirlər”.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, İstanbul Dövlət Konservatoriyasının professoru, Xalq Artisti, violonçel ifaçısı Eldar İsgəndərov deyib.
Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Eldar İsgəndərov avqustun 1-dək davam edəcək bu böyük incəsənət bayramının tamaşaçılara xoş anlar bəxş edəcəyini bildirib.
Eldar İsgəndərov çıxışının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmasından məmnun olduğunu söyləyərək dedi: “Burada biz bir daha Azərbaycan musiqisinin ecazkarlığının şahidi olduq. Əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət bayramında iştirakı və müxtəlif millətlərdən olan bəstəkarların əsərlərinin səsləndirilməsi Qəbələ festivalının mədəniyyətlərarası dialoqa öz töhfəsini verdiyini bir daha təsdiqləyir”.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirən Eldar İsgəndərov ABŞ, Yaponiyanın konsert salonlarında geniş konsert proqramı ilə çıxış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info