“Tibbi-Sosial Ekspert komissiyalarının köhnəlmiş iş metodlarının müasirləşdirilməsi işlərinə başlanıb”
Tarix: 24.07.2014 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb. Bu istiqamətdə ilk tədbir kimi, iyulun 24-də ƏƏSMN-in (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-nin əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışı olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, nazirliyin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb. Hazırda ƏƏSMN-in bütün bölgələr üzrə TSEK-lərinin fəaliyyət göstərdiyini qeyd edən S.Müslümov bu komissiyaların köhnəlmiş iş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlandığını diqqətə çatdırıb.
Nazir tezliklə istifadəyə veriləcək yeni sistemin əlilliyi olan şəxslər, onların xəstəlikləri barədə dolğun məlumat bazasını formalaşdıracağını, bu sahəyə birbaşa və çevik nəzarət imkanları yaradacağını bildirib: "Hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq. Bu prosesə başlanması əlillik təyinatları zamanı neqativ hallara şərait yaradan məmur-vətəndaş əlaqəsinin, əlillik təyinatı ilə bağlı kağız formasında arayışların daşınması praktikasının, süründürməçilik hallarının və s. aradan qalxmasına səbəb olacaq. Hazırda ölkə üzrə TSEK-lərin müvafiq əməkdaşları üçün keçirilən treninqlərdə tibbi-sosial ekspertiza və reabilitasiya xidməti personalına bu sistemdə işləmək bacarıqları aşılanır".
S.Müslümov, eyni zamanda, bütün yerli qurumlar kimi, TSEK-lərdə də müasir tələblərə uyğun iş şəraitinin yaradılmasının diqqətdə saxlanıldığını bildirib: "Nazirliyin bir sıra yerli qurumlarının ümumi iş şəraiti normaldır. Lakin bununla belə, nazirliyin ayrı-ayrı yerli strukturlarının bir çoxunda mövcud iş şəraiti qənaətbəxş olmadığından həm əməkdaşların normal əmək fəaliyyəti, həm də müraciət edən vətəndaşlara lazımi xidmət göstərilməsi üçün uyğun deyil. Hazırda biz həmin qurumlarda, o cümlədən TSEK-lərdə müasir tələblərə uyğun iş şəraitinin yaradılması üçün müvafiq işlər aparırıq. Bu ilk addımdır və hesab edirəm ki, yaxın vaxtlarda bu proses də uğurla başa çatdırılacaq".
Sonra tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olub, aparılan müayinələrindən bir neçəsini izləyiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info