Diaspor təşkilatı Xocalı soyqırımı ilə əlaqədar bələdiyyə sədrlərinə müraciət edib
Tarix: 24.07.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Türkiyə Azərbaycan Dərnəyi (TürkAzDer) Xocalı soyqırımının tanıdılması ilə əlaqədar bir sıra bələdiyyə rəhbərlərinə müraciət məktubu göndərib. Manisa şəhər bələdiyyəsinə və Turqutlu, Salihli, Alaşehir, Sarıgöl, Kula, Selendi, Aliağa bələdiyyələrinə ünvanlanmış məktubda Xocalı soyqırımı haqqında məlumat verilir. Bildirilir ki, 613 nəfər dinc sakinin işgəncələrlə qətlə yetirildiyi, 487 nəfərin ağır yaralandığı, 1275 nəfərin ermənilər tərəfindən girov götürüldüyü və 150 nəfərin itkin düşdüyü faciə beynəlxalq hüquq prinsiplərinə əsasən soyqırımı kimi qəbul olunmalıdır: “Xocalıda yaşananlar BMT-nin “Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyası”nın 2-ci maddəsində müəyyən olunan soyqırımı anlayışı ilə tamamilə eynidir. Bundan başqa, Xocalı faciəsi Cenevrə Konvensiyası, İnsan Hüquqları Bəyannaməsi, Vətəndaş və Siyasi hüquqlar məsələsində Beynəlxalq Konvensiya, Atəşkəs dövründə və Hərbi Qarşıdurmalar Zamanı Qadın və Uşaqların Qorunması Bəyannaməsinə qarşı işlənmiş bir cinayətdir.
Türkiyə Azərbaycan Dərnəyinin bələdiyyə sədrlərinə ünvanladığı məktubda daha sonra deyilir ki, üzərindən 22 il keçmiş Xocalı soyqırımı tarixi hadisə olaraq deyil zamanın reallığı kimi qəbul olunmalıdır: “Bir millət iki dövlət” olan Türkiyə və Azərbaycan arasındakı tarixi qardaşlıq bağları və M.K.Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini rəhbər tutaraq Azərbaycan türklərinin ağrısını paylaşmaq və Türkiyədə bu mövzuya həssas yanaşan milyonlarla vətəndaşımızın ümidlərinə cavab vermək üçün konkret addımların atılması vacibdir”. Diaspor təşkilatı bələdiyyə sədrlərinə müraciətlə bildirir ki, bələdiyyə məclislərində Xocalıda yaşananların soyqırımı olaraq tanınması ilə bağlı çıxarılacaq qərarlar, bələdiyyənin sərhədləri daxilində prospekt, küçə və parklara "Xocalı" adının verilməsi və Xocalı soyqırımının xatırladılması məqsədi ilə abidələrin ucaldılması soyqırımı izah etmək və ağrıları az da olsa paylaşmaq baxımından son dərəcə əhəmiyyətlidir. Təşkilat bələdiyyə rəhbərlərini bu istiqamətdə fəaliyyətə keçməyə çağırıb və bu çərçivədə reallaşdırılacaq hər bir layihədə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info