Bakı-Tbilisi qatarlarına əlavə vaqonlar qoşulur
Tarix: 24.07.2014 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin axınının artması ilə əlaqədar qatarlara əlavə vaqonlar qoşur. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, göstərilən istiqamətlərdə sərnişin axınının pik həddi istirahət günlərinə təsadüf edir və buna görə də qatarlara əlavə vaqonlar qoşulması zərurəti yaranır: "Bu istiqamətdən xeyli sərnişin istifadə edir və istirahət günləri sərnişin axınının artması müşahidə olunur. Çoxlu sayda sərnişinin daşınmasını təmin etmək üçün Bakı-Tbilisi-Bakı marşrutunda çalışan qatarlara əlavə vaqonlar qoşulur".
Bakı-Tbilisi-Bakı marşrutu üzrə turist qatarının xəttə buraxılmasına dair suala cavab verən N.Əzməmmədov qeyd edib ki, müvafiq qərar adətən turizm şirkətlərinin müraciətləri əsasında qəbul edilir ki, bu da sərnişin axını ilə müəyyən edilir.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, hələlik bu məsələ ilə bağlı müraciətlər daxil olmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info