“Baku Cup 2014”ün favoriti məğlub oldu
Tarix: 25.07.2014 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Bakıda qadınlar arasında keçirilən WTA “Baku Cup 2014” turniri davam edir. Bakı Tennis Akademiyasının mərkəzi kortunda keçirilən matçda yaponiyalı Misa Equçi ilə polşalı Ueszula Radvanska qarşılaşıb. Dünya reytinqində 183-cü olan yapon tennisçi 117-ci olan rəqibini hər iki setdə məğlub edib - 6:2 və 6:1.
Beləliklə, turnirdə dördüncü qələbəsini qazanan Misa Equçi dörddəbir finala yüksəlib. Səkkizdəbir finalın digər oyununda Polşa təmsilçisi Katarzina Piterlə turnirin 5 nömrəli favoriti serbiyalı Boyana Yovanovski qarşılaşıb. Dünya reytinqində 40-cı olan B.Yovanovski reytinqdə 120-ci olan K.Piteri məğlub edib və matçdan 2:0 qələbə ilə ayrılıb. O, bu qələbə ilə dörddəbir finalda iştirak hüququ qazanıb. Mərkəzi kortda serbiyalı Vesna Dolonts ilə israilli Şayar Peyerin görüşünü Azərbaycan Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov da izləyib. İki saat davam edən matçda qalib gələn Ş.Peyer dörddəbir finala çıxıb. Turnirin dördüncü gününün son matçında slovakiyalı Yana Çepelova ilə fransalı Paulin Parmentyer üz-üzə gəlib. Turnirin 8 nömrəli favoriti olan, dünyanın 71 nömrəli tennisçisi 21 yaşlı Y.Çepelova reytinqdə 95-ci olan 28 yaşlı təcrübəli rəqibinə məğlub olub. Paulin Parmentyer matçdan 2:0 qalib ayrılaraq növbəti mərhələyə yüksəlib. “Baku Cup 2014”də cütlüklərin də yarışı keçirilib. Səkkizdəbir final çərçivəsində Yanette Husarova - Klaudiya Yans-İqnaçik və Françeska Skyavone - Ştefani Föqele cütlükləri qarşılaşıb. F.Skyavone və Ş.Föqele matçdan 2:1 hesablı qələbə ilə ayrılıblar. Növbəti oyunda Nigina Abduraimova (Özbəkistan) və Alyona Fominanın (Ukrayna) komandası yaponiyalı Misa Equçi və avstriyalı Patrisiya Mayr-Axlaytnerlə görüşüb. N.Abduraimova və A.Fomina matçdan 2:1 qalib ayrılıblar. Bu qələbə onları dörddəbir finala yüksəldib. Birinci kortda Rusiyalı Aleksandar Panova ilə ingilis Xiter Uatsonun komandası Boyana Yovanovski - Danka Koviniç cütlüyü ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada 2:1 hesabı ilə qalib gələn A.Panova və X.Uatson dörddəbir finala vəsiqəni təmin ediblər. Turnirinin beşinci günündə sürpriz nəticə qeydə alınıb. “Baku Cup 2014”ün 1 nömrəli favoriti, dünya reytinqinin 29 nömrəli tennisçisi rumıniyalı Sorana Kirstea isveçrəli Ştefani Föqele ilə qarşılaşıb. Öz oyunu ilə bütün gözləntiləri puç edən S.Kirstea etdiyi adi səhvlər nəticəsində ağır məğlubiyyətə uğrayıb. Matç ərzində elə də ciddi hücumlar etməyən Ş.Föqele daha çox rəqibinin səhvlərindən yararlanıb. Hər iki seti 6:1 öndə bitirən Ş.Föqele güclü rəqibini cəmi 50 dəqiqədə 2:0 məğlub edib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info