Balakənin aqrar sektorunda məhsul istehsalı artıb
Tarix: 25.07.2014 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Balakən şəhərində 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Rayon fəallarının iştirak etdikləri müşavirədə Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və cari ilin ilk 6 ayında rayonda görülən işlər ətraflı təhlil olunub.
Hesabat məruzəsində bildirilib ki, ilin birinci yarısında ölkənin bütün regionlarında gedən quruculuq, iqtisadi inkişaf prosesi Balakən rayonundan da yan keçməyib. Bunu rayonun inkişafını xarakterizə edən sosial-iqtisadi göstəricilər bir daha sübut edir. Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 64,8 milyon manat təşkil edib. Həmin müddətdə 3,6 milyon manatlıq sənaye və 25,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 9,2 milyon manatlıq tikinti işləri görülüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 13,2 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 5,4 faiz artıb.
Qeyd olunub ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda cari ildə əkin sahələrinin artırılması diqqət mərkəzində saxlanılıb, rayon üzrə ümumi əkin sahələri əvvəlki ilə nisbətən 314 hektar və ya 2,7 faiz genişləndirilib. Hesabat dövründə Qaysa kəndində bir dəfəyə 5 min cücə çıxarmaq gücünə malik inkubasiya təsərrüfatı yaradılıb. Meyvəçiliyin inkişaf etdirilməsinə diqqət artırılıb, əvvəlki illərdə salınmış 176 hektar intensiv meyvə bağlarına aqrotexniki qulluq olunub. Yaz mövsümündə rayon ərazisində 20 hektar sahədə yeni meşəliklər salınıb, magistral yolların kənarlarında, şəhərin küçə və parklarında 10 mindən çox ağac əkilib.
Hesabat dövründə Prezidentin 2013-cü il 22 avqust tarixli sərəncam əsasında ayrılmış vəsait hesabına 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə başlanılıb və birinci mərhələ üzrə tikinti işləri artıq yekunlaşıb. Prezidentin imzaladığı digər sərəncamla ayrılmış vəsait hesabına şəhərin Rafiq Səmədov küçəsində yerləşən bağ abadlaşdırılaraq yenidən qurulub, burada soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, həmin küçədə “Veteranlar bağı” salınıb. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söhbət açılaraq bildirilib ki, Talalar kəndində inşa edilən 280 şagird yerlik yeni məktəb binasının tikintisinin başa çatdırılıb və bu təhsil ocağı yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. Qeyd olundu ki, hesabat dövründə Qaysa kəndində 20 yerlik yeni uşaq bağçası tikilib istifadəyə verilib. Hazırda Balakən şəhərində, həmçinin Şərif və Şambul kəndlərində yeni uşaq bağçalarının tikintisi davam etdirilir. Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2014-cü ilin birinci yarısında respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışdı, qarşıda duran vəzifələrə toxunub. Toplantıda Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Balakən Rayon İcra Hakimiyyəti başçısının Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Meysarat Qaysayevaya mükafat təqdim olunub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info