Bələdiyyə seçkilərində qadınların fəallığı artırılacaq
Tarix: 25.07.2014 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Gədəbəy şəhərində Azərbaycanın regionlarında bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılmasına həsr edilmiş regional görüş keçirilib.
Görüşdə AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanovanın bələdiyyə seçkilərində qadınların elektorat fəallığının artırılması, onların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılmaları, dövlət qadın siyasətinin əsas istiqamətlərindən birinə-qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin yüksəldilməsi, gender bərabərliyi, dövlət proqramlarının icrasında qadın fəallığı, dövlət qulluğunda qadınların yeri və s. məsələlərlə bağlı məruzəsi dinlənildi. Qeyd edildi ki, ölkəmizdə qadın siyasəti dövlətimizin əsas prioritet sahələrindəndir. Daim diqqət mərkəzində olan qadınların ictimai fəallığının artırılması üçün bir sıra uğurlu addımlar atılıb. Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın nəfəsi duyulmasın. İndi Azərbaycan qadını analıq missiyasını yerinə yetirməklə yanaşı, dövlətin idarə olunmasında fəallıqla iştirak edən bir məmurdur. Dövlət başçısı tərəfindən bu sahədə imzalanan bir sıra sərəncamlar qadınların ictimai fəallığı üçün geniş imkanlar açmaqla yanaşı, onların bacarıqlarının üzə çıxarılması üçün stimul yaradır. Görüşdə Goranboy rayon Goranlı kənd bələdiyyəsinin sədri Şümşad İmamverdiyeva, Göygöl Rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təşkilatının sədri Dilarə Mövlayeva, Samux rayon Çobanabdallı kənd bələdiyyəsinin sədri Sveta Aslanova, YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Esmira Şirinova və Naftalan Şəhər İcra Hakimiyyətinin məsul işçisi Cəmilə Məmmədova çıxış edərək müzakirə olunan mövzu ətrafında fikirlərini açıqladılar.
Görüşün sonunda AQUPDK sədrinin müavini Sədaqət Qəhrəmanova iştirakçıların suallarını cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info