“Rusiyaya qarşı sanksiyalar Almaniyanın dəstəyi olmadan qəbul edilə bilməz”
Tarix: 25.07.2014 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Avropa Birliyinin Rusiyaya qarşı tətbiq edəcəyi sərt sanksiyalar ABŞ-la Almaniya arasındakı gərginliyə də həlledici təsir göstərə bilər. Rusiyaya yeni sanksiyalar təbiq etməyə hazırlaşan ABŞ Avropa Birliyini onlardan nümunə götürməyə çağıb. “The Wall Street Journal”da dərc edilən məqalədə qeyd edilir ki, Amerikanın Almaniyaya qarşı casusluğundan qəzəblənən Berlin Vaşinqtonla yeni müqavilə bağlamaq istəyir.
Müəllif Linda Killian yazır ki, “Pew” mərkəzinin keçiridiyi sorğu göstərir ki, almanlar arasında ABŞ-a inam 13 faiz aşağı düşüb. Almanların yalnız 51 faizi Amerikaya müsbət münasibət bəsləyir. Linda Killian yazır: “Almanlar hələ də Angela Merkelin mobil telefonunun ABŞ tərəfindən dinlənilməsi barədə məlumatdan qəzəblidirlər. “Pew”in araşdırmalarına görə, Almaniya əhalisinin 90%-i ABŞ-ın digər ölkələrin liderlərinin danışıqlarının dilnənilməsini qəbuledilməz hesab edir. Bu rəqəm Rusiya da daxil olmaqla digər ölkələrdə daha yüksəkdir. Bu narazılıq Braziliyada keçirilən Dünya Kuboku çərçivəsində ABŞ ilə Almaniya arasında keçirilən futbol qarşılaşmasında da bir daha əks olundu. Belə ki, alman azarkeşlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin adının qısaldılmış forması olan “NSA, NSA!” qışqıraraq Agentliyin telefon dinləməsinə etirazlarını bildiriblər. Bu yaxınlarda Almaniyada həyəcanlı bir xəbər yayılıb ki, Mərkəzi Kəşfiyyat İdarəsi alman kəşfiyyatının zabitini ələ alıb. Məlum olub ki, iki il ərzində Amerika kəşfiyyatına işləyən alman zabit “işinin” müqabilində ABŞ-dan 35 min dollar alıb. Onun casusluğu haqqında məlumat Rusiyaya xidmətini təklif etməsi ilə bağlı rus dostunun elektron poçtuna göndərdiyi məktubdan sonra məlum olub. Almanlar inanırlar ki, ölkənin Müdafiə Nazirliyində başqa casuslar da işləyə bilər. Buna cavab olaraq, almanlar iki həftə əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin Berlindəki büro rəhbərini geri göndərib. “Spiegel”in məlumatına görə, Almaniya rəsmiləri ABŞ-a qarşı əlavə tədbir həyata keçirə bilər. Casus münaqişəsindən sonra Obama administrasiyası Almaniya ilə əlaqələri bərpa etmək üçün çalışır. Bu məqsədlə Ağ Evin antiterror üzrə baş müşaviri Devid Makdonou, terrorla mübarizə üzrə məsul şəxslər Merkel və Almaniyanın kəşfiyyat rəhbərləri ilə bir araya gəliblər. Maraqlıdır ki, elə həmin gün AB ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər. BMT-nin Təhlükəsizlik Şurasında çıxış edən Hollandiyanın xarici işlər naziri bildirib ki, iqtisadiyyat və ticarət sahəsindəki mümkün çətinliklər 298 adamın ölümündə məsul olanların cəzalandırılması ilə müqayisədə kiçik məsələdir. Xatırladaq ki, Rusiyanın texnologiya, enerji və hərbi sənaye sektorlarına tətbiq ediləcək sanksiyalar, yalnız AB üzvləri onlara qoşulacağı təqdirdə tam gücüylə işləyəcək. Almaniya böyük ÜDM ilə dünyanın beşinci böyük iqtisadiyyat ölkəsi kimi AB-nin əsas oyunçusudur. Məhz buna görə də Rusiyaya qarşı Avropa sanksiyaları Almaniyanın dəstəyi olmadan qəbul edilə bilməz”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info