Ərdoğan: “Fələstinə qarşı hərbi təcavüzə susmayacayıq”
Tarix: 25.07.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


“Türkiyə İsrailin Fələstinə qarşı hərbi təcavüz həyata keçirdiyi bir vaxtda susmayacaq”. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə "TRT Haber" telekanalı xəbər yayıb.
Baş nazirin sözlərinə görə, bəzi Qərb ölkələri İsrailin hərəkətlərinə göz yumur. Bu, onu deməyə əsas verir ki, onlar fələstinlilərə qarşı hərbi təcavüzün tərəfdarıdırlar.
Bundan başqa, Ərdoğan İsrailin fələstinlilərə qarşı əməllərini nasistlərin yəhudi xalqına qarşı etdiyi hərəkətlərlə eyniləşdirib.
Baş nazir qeyd edib ki, İsrail regionda terrorizmin yayıcısıdır.
İyulun 25-də səhər 10 minə yaxın fələstinli Ramallahda İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı etiraz aksiyası keçirib.
İsrail ordusunun əsgərləri ilə fələstinlilər arasında baş verən toqquşmalarda 3 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Bildirilir ki, İsrail hərbçiləri nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağı tətbiq ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info