Jirinovski: “Azərbaycan MDB məkanındakı real müsbət nümunədir”
Tarix: 25.07.2014 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Azərbaycan MDB məkanındakı real müsbət nümunədir. Bu ölkənin bütün kəndləri abadlaşdırılıb, idman obyektləri də daxil olmaqla yeni komplekslər ucaldılır, bütün ölkə tamamilə dəyişilib". Bunu Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski “Rossiya 24” telekanalına müsahibəsində deyib. O, Ukraynadakı son hadisələri şərh edərkən, Azərbaycanın MDB ölkələri arasında müsbət nümunə olduğunu bildirib.
Onun sözlərinə görə, ölkənin bu cür sürətli inkişafının səbəb Azərbaycan xalqının İlham Əliyevi dövlət başçısı seçməklə etdiyi düzgün seçimidir: “Mən onun atasını da tanıyırdım, Heydər Əliyev dahi azərbaycanlıdır”.
Jirnovski Azərbaycanın müstəqil siyasət yeritdiyini, heç bir ölkə qarşısında öhdəlik götürmədiyini də vurğulayıb: “İlham Əliyev tab gətirdi, o Rusiyanı, istər təyyarə, istərsə də Ukrayna məsələsində tənqid atəşinə tutmadı, baxmayaraq ki, ona təzyiqlər olunurdu. Qalanları isə - Moldova, Gürcüstan - AB ilə Assosiasiya sazişini imzalamağa qaçdılar. Bunlar fərqli postsovet respublikalarıdır. Güclü lideri olan çiçəklənən Azərbaycan var”.
Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana diqqət ayırmalıdır: “Bu, həm də Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq”.
V. Jirinovski Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini də bildirib: “İlham Əliyev tək Cənubi Qafqazın yox, bütün postsovet məkanın simalarından biridir. Çox təəssüf ki, Rusiya efirində İlham Əliyev, ümumiyyətlə, Azərbaycan barədə çox az danışılır. Rusiyada bu ölkə barədə heç nə bilmirlər. Amma gözəl rəhbəri olan bu respublika nə qədər möhtəşəmdir. Niyə televiziyalar bunu göstərmir? Baltik ölkələri rus dilini sıxışdırır, rusları ikinci növ vətəndaş sayır. Azərbaycan isə tam başqadır, orada 400 rus dilli məktəb var, bu Ukraynadan da çoxdur, onların heç biri bağlanmayıb. Bakıda böyük rus teatrı, universitet fəaliyyət göstərir. Budur sizin üçün nümunə! Həmişə pislikdən danışmaq lazım deyil, axı Azərbaycan var!”
Jirinovski rusları Azərbaycanın turizm mərkəzlərindən də istifadə etməyə çağırıb: “Biz həmişə vətəndaşlarımızı xarici ölkələrin kurortlarına getməyi təklif edirik, niyə də onlar Azərbaycan kurortlarına getməsinlər? Lənkərana, Astaraya, subtropik bölgəyə... Biz heç vaxt insanlarımıza Azərbaycana getməyi təklif etməmişik”.
Partiya sədri Azərbaycanda ölkəsinə qarşı antisiyasət aparılmadığını da qeyd edib: “Azərbaycanda anti Rusiya partiyası yoxdur. Rusiyadan nəsə qapazlamaq niyyəti yoxdur, əksinə, həmişə, hər yerdə münasibət qurmağa çalışırlar. Biz isə bunun üçün heç nə etmirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info