TUMİB Şəkidə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində tədbir keçirib
Tarix: 25.07.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə reallaşdırdığı “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasını davam etdirir. Lahiyə çərçivəsində növbəti tədbir bu gün Şəki şəhərindəki Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbdə keçirilib.
Şəki Regional Debat Mərkəzinin rəhbəri Dəyanət Elmansoy yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyyə olunmasının vacibliyindən danışıb. Mərkəz rəhbəri bildirib ki, gənclərin öz potensiallarını üzə çıxarmaları üçün Azərbaycanda munbit şərait var : “Müxtəlif dövlət qurumları gənclərin fərdi təşəbbüslərini dəstəkləyir,özlərini təsdiqləmələri üçün onlara hər cür şərait yaradırlar. Heydər Əliyev ideyaları gənclərimizin yoluna işıq salır, onların gələcəyə daha nikbin baxmağını təmin edir.Ulu öndərin irsinə bağlılıq tarixə,soy-kökümüzə bağlı olmaqdır. Hər kəs əmin ola bilər ki, Azərbaycan gəncliyi bundan sonra da Heydər Əliyev ideyalarına sadiq olacaq, onun müəyyənləşdirdiyi yolda mətin addımlarla yürüyəcək”.
Layihənin eksperti, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin İdarə Heyətinin üzvü Seymur Verdizadə təmsil etdiyi təşkilatın gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərdən danışıb. S.Verdizadə bildirib ki, milli donorların fəaliyyətə başlaması Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafına böyük töfhə verib: ”Xarici donorlar milli-mənəvi dəyərlərdən, erməni təcavüzündən, o cümlədən vətənpərvərlik təbliğatından bəhs edən lahiyələrə maliyyə ayırmaqdan boyun qaçırırlar. Milli donorların fəaliyyətə başlaması bu sahədəki boşluğu doldurdu. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasin Prezidenti yanında QHT–lərə Dövlət Dəstəyi Şürasının bu istiqamətdə gördüyü işlər alqışalayiqdir. Siz gənclər milli donorlarımızla əməkdaşlıq etməklə ümumi işimizə layiqli töfhə verə bilərsiz”.
Ekspert deyib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsinin icrasına ötən ildən başlanılıb: “Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Ötən həftə Qazax və Ağstafa rayonlarında böyük tədbirlər keçirdik. Gələn həftə isə Masallı və Lənkəran gəncləri ilə görüşlərimiz nəzərdə tutulub. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı və yazı müsabiqələri keçiririk. Sizi bu müsabiqələrdə yaxından iştirak etməyə dəvət edirəm”.
Şəki şəhərindəki Rəşid bəy Əfəndiyev adına 10 saylı tam orta məktəbin ingilis dili müəllimi Xatirə Əliyeva Azərbaycanda pedaqoji sahədə aparılan islahatlardan danışıb. Natiq qeyd edib ki, müəllimlərin qarşısında dayanan əsas vəzifələrdən biri də yeniyetmə və gənclərimizi vətənpərvər ruhda tərbiyyə etməkdir: “Heydər Əliyev dühası ilə yaxından tanışlıq gənclərimizi düz yola, doğru istiqamətə yönləndirir. Yeniyetmə və gənclərimiz ulu öndərimizin irsini öyrənsələr, azərbaycanlı olduqları ilə həqiqətən də fəxr edəcəklər”.
TUMİB Gənclər Mərkəzinin sədri Elnur Camalov, tədbir iştirakçılardan Bəhman Məmmədov, Ramiz İbrahimov, Günel Əfəndiyeva, Nigar Salmanzadə, Ülvi Məmmədli və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı olacaqlarını vurğulayıblar. Tədbirin sonunda iştirakçıların bir qisminə TUMİB-in xüsusi diplomu təqdim olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info