Novruz Məmmədov: “Dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm“
Tarix: 25.07.2014 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskiyə "Rossiya 24" telekanalında Azərbaycan və Azərbaycan rəhbərliyi haqqında səsləndirdiyi fikirlərə görə təşəkkür edib. Trend-in məlumatına görə, bu barədə Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.
Novruz Məmmədov qeyd edib: "Azərbaycan, onun ümummilli lideri və Prezident İlham Əliyev haqqında "Rossiya 24" telekanalında dediyi fikirlərinə görə Jirinovskiyə təşəkkür edirəm".
Prezident Administrasiyası rəhbərinin müavini həmçinin vurğulayıb ki, "RBK" kanalında bəzi jurnalistlər "Rossiya 24" də baxıb dərs almalıdırlar, onların buna çox ehtiyacı var: "Amma görünür ki, "RBK" -nın bəzi jurnalistləri dövlət maraqları ilə öz maraqlarını tez-tez "səhv salırlar."
Qeyd edək ki, Vladimir Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib.
O, qeyd edib ki, real müsbət nümunə var: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".
Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib.
O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb.
Jurnalistin sualını cavablandıran RLDP lideri Azərbaycanın perspektivdə Gömrük İttifaqına daxil olma ehtimalını istisna etməyib.
V.Jirinovski qeyd edib ki, Azərbaycan və Rusiya rəhbərləri və hökumət üzvləri arasında əla münasibətlər var. Onun fikrincə, Rusiya müsəlman ölkəsi olan Azərbaycana böyük diqqət ayırmalıdır, belə ki, bu, yekunda Türkiyə və İranla əlaqələrin yaxşılaşmasına gətirib çıxaracaq.
V.Jirinovski həmçinin bildirib ki, bir çox digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar. Ölkədə 400 rus məktəbi, rus teatrı, universiteti fəaliyyət göstərir: "Həmişə pis şeylər haqqında danışmaq lazım deyil, cünki Azərbaycan var!". Rus siyasətçi rusiyalı turistləri Azərbaycan kurortlarına səfər etməyə çağırıb: "Azərbaycan antirus partiyanın olmadığı yeganə ölkədir. Bu, sözün əsl mənasında dost ölkə deməkdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info