“İlham Əliyev çiçəklənən Azərbaycanın müstəqil siyasət yürüdən güclü lideridir” [Yenilənib]
Tarix: 25.07.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Jirinovski: “Azərbaycan postsovet məkanında ən yaxşı nümunədir. Bütün bunlar İlham Əliyevin sayəsində mümkün olub. O, çox yaxşı, savadlı və nəcib rəhbərdir”

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, RF Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski iyulun 24-də “Rossiya 24” telekanalına müsahibəsində suallara cavablarının xeyli hissəsini Azərbaycana həsr edib. Respublikanın nailiyyətlərinə heyran qaldığını bildirən V.Jirinovski Azərbaycanı postsovet məkanında dinamik inkişafın “gerçək müsbət nümunəsi” adlandırıb. Ölkəmizin böyük nailiyyətlər əldə etdiyini vurğulayan V.Jirinovski deyib: “Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, o cümlədən idman qurğuları inşa olunur, bütün ölkənin siması dəyişib. Nə üçün? Çünki rəhbəri düzgün seçiblər. Bu gün orada Prezident - İlham Heydər oğlu Əliyevdir”. İlham Əliyevi çiçəklənən Azərbaycanın müstəqil siyasət yürüdən güclü lideri kimi xarakterizə edən Rusiya Dövlət Dumasının deputatı deyib: “Çünki atası da onun kimi olub”. Azərbaycanın ümummilli lideri Heydər Əliyevi şəxsən tanıdığını bildirən RLDP sədri vurğulayıb: “O, böyük azərbaycanlı, parlaq və qeyri-adi şəxsiyyət idi”. RLDP fraksiyasının rəhbəri Rusiya-Azərbaycan əlaqələrinə də toxunaraq xüsusi qeyd edib ki, iki ölkənin dövlət başçılarının “əla münasibətləri var”. O hesab edir ki, Rusiya Azərbaycana böyük diqqət yetirməlidir. V.Jirinovskinin sözlərinə görə, belə yanaşma onun ölkəsinin digər iki müsəlman dövləti – Türkiyə və İran ilə münasibətlərinin yaxşılaşmasına xidmət edəcək.
Azərbaycanda rus dilinə qayğıkeş münasibətə xüsusi diqqət yetirən V.Jirinovski deyib: “Azərbaycanda 400 rus məktəbi var. Onların heç birini bağlamayıblar. Bakıda çox güclü rus teatrı, universitet fəaliyyət göstərir. Bu da sizə nümunə”. O qeyd edib ki, Azərbaycanda “Rusiya əleyhinə partiya yoxdur. Onların bizdən nə isə qoparmaq niyyəti yoxdur. Əksinə, onlar hər yerdə bizimlə münasibətləri düzəltməyə çalışırlar”.
V.Jirinovski öz həmvətənlərinə müraciətlə, onları Azərbaycanın turizm imkanlarından geniş istifadə etməyə, gedib Azərbaycan kurortlarında dincəlməyə çağırıb. Bakını Paris ilə müqayisə edən V.Jirinovski vurğulayıb ki, gözəl Bakı möhtəşəm Avropa şəhəridir. O deyib: “Bütün bunlar İlham Əliyevin sayəsində mümkün olub. O, çox yaxşı, savadlı və nəcib rəhbərdir”.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info