Musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyəti işi daha da gücləndiriləcək
Tarix: 25.07.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qax rayonunda vətəndaşları qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir qəbulda mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyəti, musiqi və incəsənət məktəblərində təhsilin təşkili, azsaylı xalqların mədəni irsinin inkişaf etdirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu deyib. Nazir jurnalistlərə açıqlamasında deyib ki, musiqi və incəsənət məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəblərin ixtisaslı müəllimlərlə təmin olunması işi daha da gücləndiriləcək. Onun sözlərinə görə, tarixi abidələrin bərpası, turizmin inkişaf etdirilməsi prioritet məsələlərdir. Nazir əhali ilə hər ay keçirilən belə görüşlərin əhəmiyyətini qeyd edərək vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb: “Bugünkü qəbulda abidələrin bərpası ilə bağlı məsələlərin daha çox səslənməsi vətəndaşların tarixi-mədəni irsimizə diqqətindən xəbər verir. Bu bölgə tarixi abidələrinin zənginliyi ilə seçilir. Biz bu təşəbbüsləri yüksək qiymətləndirir və onların həlli istiqamətində imkanlarımızı səfərbər etməyə çalışırıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info