Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66 faizi mobil operatorların payına düşüb
Tarix: 25.07.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Bu ilin I yarımilliyi ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilin müvafiq dövrünə nisbətən 13,0% artaraq 761,8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi İKT sektorunda 12,8%, İT sektorunda 11,4%, poçt sektorunda 8,7%, informasiya sektorunda isə 27,7% təşkil edir. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2014-cü ilin 6 ayının yekunları ilə bağlı keçirilmiş kollegiya iclasında bildirilib. Məlumata görə, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 78,2 %-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 66,1%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 10,0 % təşkil edib. Həmçinin I yarımillikdə ölkə üzrə ÜDM-in həcmi 28,74 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi 2,1 % təşkil edib. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı isə 1,7% olub. Qeyri-neft ÜDM-in həcmi 16,17 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi 7,0 % təşkil edib. İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 3,1% təşkil edib. Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi məqsədi ilə RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 30,3 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə, informasiya, rabitə və poçt sektoruna 62,5 mln. manat investisiya qoyulub və bu, ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyanın 0,8%-ni təşkil edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info