Milli İncəsənət Muzeyi ilə Belarus Milli Bədii Muzeyi arasında müqavilə imzalanıb
Tarix: 25.07.2014 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikası Milli Bədii Muzeyi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı ikitərəfli müqavilə imzalanıb.
İmzalama mərasimində çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, bu müqavilənin imzalanması iki ölkə arasındakı mədəni əlaqələrə müsbət təsir göstərəcək: “Hazırda mədəniyyət və incəsənət sahəsində ən sıx əməkdaşlıq etdiyimiz ölkələrdən biri də Belarusdur. İstər təsviri incəsənət, istər teatr sahəsi, istərsə də musiqi sahəsində bir çox layihələrdə birgə işlərimiz olub və bu ölkə ilə gələcəkdə də əməkdaşlıqdan, yeni layihələr həyata keçirməkdən məmnun olarıq”.
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev qeyd edib ki, müqavilədə muzey işi ilə bağlı konfransların, seminar və treninqlərin keçirilməsi, daşınan mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, muzey işi sahəsində kadrların ixtisaslarının artırılması, fandreyzinq və marketinq sahəsində təcrübə mübadiləsi, muzey işi sahəsində müasir texnologiyaların tətbiqi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. nəzərdə tutulub.
Belarus Milli Bədii Muzeyinin direktoru Vladimir İvanoviç Propotskov isə çıxışında deyib ki, Azərbaycanın muzey işində yetərincə təcrübəsi var və bu istiqamətdə əməkdaşlıqdan böyük fayda götürəcəklərinə əmindir. O, təcrübə mübadiləsinin və innovativ xarakterli birgə layihələrin gerçəkləşməsinin çox önəmli faktor olduğunu əlavə edib.
Daha sonra tərəflər arasında müqavilə imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info