Bakıda beynəlxalq konfrans keçiriləcək
Tarix: 25.07.2014 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2014-cü ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, iclası giriş sözü ilə açan DSMF sədri Elman Mehdiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin yüksələn xətlə inkişafı təmin edilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Bu əsasda Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ilin 6 ayında da uğurla davam etdirilib.
E.Mehdiyev çıxışı zamanı 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
DSMF sədri ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta-pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin oktyabr ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının sığorta-pensiya sistemində elektron xidmətlər mövzusunda beynəlxalq konfransının Bakı şəhərində keçiriləcəyini diqqətə çatdırıb. E.Mehdiyev həmçinin bildirib ki, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində DSMF və Avropa İttifaqının birgə layihəsi fəaliyyətini uğurla davam etdirir.
Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2014-cü ilin I yarısındakı fəaliyyəti ətraflı təhlil edilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info