Daxili Qoşunların Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib
Tarix: 25.07.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu üçün müsabiqə elan edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, müsabiqədə 2014-cü ildə digər xüsusi təyinatlı təhsil müəssisələrində (DİN-in Polis Akademiyası, MTN-nin Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası) xüsusi həkim komissiyasından keçmiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş, I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal, III ixtisas qrupu üzrə isə 200 və daha yüksək bal toplayan 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvafiq hərbi ixtisaslarla bərabər “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dən 31-dək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət edə bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info