“Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihə bütün dünyada mədəniyyətin inkişafına böyük töhfədir”
Tarix: 25.07.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


“Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə dünyada mədəniyyətin inkişafına böyük töhfədir. Çox şadam ki, ilbəil festivalın coğrafiyası genişlənir və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir”.
Bu sözləri VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət simfonik orkestrinin dirijoru Dmitri Yablonski deyib.
D.Yablonski festivalın ərsəyə gəlməsində müstəsna xidmətləri olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya musiqiçilərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.
Beynəlxalq musiqi festivalındakı təşkilatçılığı yüksək qiymətləndirən Dmitri Yablonski musiqisevərlərin dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından həzz alacaqlarına əminliyin ifadə edib.
Azərbaycanın öz zəngin tarixi və ənənələrinə görə dünyanın inkişaf etmiş ölkələrindən biri olduğunu söyləyən D.Yablonski bu musiqi bayramı proqramının əvvəlkilərlə müqayisədə çox zəngin olduğunu diqqətə çatdırıb.
D.Yablonski iştirakçılar və qonaqlar arasında məşhur kollektivlərin, müasir ifaçılıq sənətinin zirvəsində dayanan dünya şöhrətli ustad sənətkarların olmasını festivalın gündən-günə artan nüfuzunun bariz nümunəsi kimi qiymətləndirib. O deyib: “Qəbələyə toplaşan dünyanın məşhur mədəniyyət xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar. Festival çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır. Buradakı bir konsert digərlərindən fərqlənir. Hər gün buraya Bakıdan, Qəbələdən və ətraf rayonlardan yüzlərlə tamaşaçının, o cümlədən xarici vətəndaşların gəlməsi insanların bu festivala olan böyük marağından xəbər verir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info