Azərbaycan insan inkişafı indeksinə görə lider ölkələr qrupuna daxildir
Tarix: 26.07.2014 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı tərəfindən dünya ölkələrində "İnsan inkişafı indeksi - 2014" adlı hesabat açıqlanıb. İnsanların yaşayışı səviyyəsi, orta ömür uzunluğu, sosial və iqtisadi imkanlar, adambaşına düşən ÜDM, əmək ehtiyatları, sosial təminat, elm, təhsil, mədəniyyət, səhiyyə, ev təsərrüfatlarının vəziyyəti, ticarət, xidmət, insanların məşğulluğu, yaşayış tərzi və digər məsələlərin öz əksini tapdığı hesabatda Azərbaycanı öz mövqeyini 2013-cü illə müqayisədə 6 pillə yaxşılaşdırıb. 187 ölkə arasında 76-cı yeri tutan Azərbaycan hesabatda insan inkişafının yüksək səviyyədə olduğu ölkələr qrupuna aid edilib.
Hesabatı şərh edən YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun fikrincə, BMT-nin növbəti sənədində Azərbaycanın irəliləməsi bir daha dövlətin insan amilinə verdiyi yüksək dəyəri göstərir: "Azərbaycan son illərdə bir çox iqtisadi, sosial, demoqrafik, sosial-humanitar göstəricilər üzrə əhəmiyyətli irəliləyişlər əldə edib. Ölkəmiz ÜDM-in artımı, insanların gəlir əldə etmək imkanlarının yaxşılaşması, məşğulluğun artırılması, yoxsulluğun səviyyəsinin azaldılması, vətəndaşların sosial rifah halının yüksəlməsi, onların keyfiyyətli təhsil, səhiyyə və sosial infrastruktur xidmətləri ilə əhatə olunması baxımından mühüm nailiyyətlərə nail olub. Bu illər ərzində insanların həyat şəraiti yaxşılaşıb, adambaşına düşən milli gəlir 4 dəfədən çox artıb. 2003-2013-cü illərdə Azərbaycanda ÜDM hər il yüksələrək orta hesabla 11 faiz artıb. Bu dövrdə Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə yüksəlib. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara çatıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb, gəlirləri 6,1 dəfə artıb, 1,2 milyon iş yeri açılıb. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalıb. Bütün bu amillər insan inkişafı indeksinin yüksəlməsinə mühüm təsir göstərib". A.Hüseynov bildirib ki, müasir dövrdə insan inkişafının əsas xüsusiyyətləri elmtutumlu və rəqabətqabiliyyətli iqtisadiyyatın güclənməsi, insan kapitalının yüksəlməsi ilə bağlıdır. "Hazırda dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi dünya innovasiya inkişafının əsas fundamentini təşkil edir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. İnsan kapitalı kompleks sahələri əhatə etməklə istər iqtisadi, istər sosial, istərsə də siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına malikdir. Sadalanan amillər insanın cəmiyyətdəki mövqeyini müəyyənləşdirməklə onun həyat səviyyəsini xarakterizə edir. Zəngin innovativ bilik və bacarıq sosial-iqtisadi inkişafa təkan verməklə həmin ölkənin dünyada yerini və nüfuzunu artırır, xalqın həyat səviyyəsinin, milli təhlükəsizliyinin təminatını müəyyən edir".
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info