Əmlak idarəçiliyi təkmilləşdirilir
Tarix: 26.07.2014 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsində dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı layihənin təqdimatı keçirilib. Təqdimat tədbirində Əmlak Məsələləri Dövlət Komitəsinin mərkəzi aparatı və struktur qurumları olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılma Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, komitənin regional şöbələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisi dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsinin təkmilləşdirilməsi və səmərəli istifadə olunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Bildirilib ki, bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərmanına və həmin fərmanla təsdiq edilmiş Dövlət Proqramına əsasən icra olunur. Komitə rəsmisi qeyd edib ki, komitə tərəfindən görülən işlərlə yanaşı, Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində də dövlət əmlakı idarəçiliyinin müasir əsaslarla inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. İlk öncə belə tədbirləri nəzərdə tutan layihə ilə bağlı tələblər irəli sürülüb. Bu tələblər sırasında dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi, qeydiyyatı, istifadəsi, özəlləşdirilməsi, icarəsi və qiymətləndirilməsinə dair ölkənin mövcud milli qanunvericiliyi hərtərəfli araşdırılması, dövlət qurumlarının qarşıdakı öhdəlikləri, perspektivlər və nəticələrin müəyyən edilməsi yer alıb. Beynəlxalq təcrübənin müqayisəli analizi nəticəsində müasir yanaşmalara əsaslanan təkliflərin, dövlət əmlakının istifadəsindən alınan gəlirlərin optimallaşdırılması, daşınmaz əmlak bazarında potensial gəliri olmayan və xüsusi təyinatlı əmlaklar barədə təkliflərin hazırlanması tələblər kimi qoyulub. Digər tələblərə dövlət əmlakı idarəçiliyi sisteminə dair hədəflər və modellər haqqında, dövlətə məxsus daşınmaz əmlakların hüquqi qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflərin təqdim olunması aid olub. Bu tələblərin əks olunduğu layihənin icrası məqsədilə beynəlxalq məsləhətçi cəlb olunub. Layihənin sonunda dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Yekun Hesabat hazırlanıb. Komitə rəsmisi çıxışında qeyd edib ki, Yekun Hesabatda müvafiq beynəlxalq təcrübəyə dair materiallar da əlavə edilməklə, dövlət əmlakı idarəçiliyi üçün gələcək addımlar barədə tövsiyələr və Fəaliyyət Planı əksini tapıb. Bu tövsiyələr və Fəaliyyət Planı özündə idarəetmə modeli, İKT və insan resursları, nəzarət və yoxlama, hesabat vermə və kommunikasiya, sərmayə siyasəti, standartlar və yeni idarəetmə yanaşmaları kimi elementləri birləşdirir.
Tədbirdə beynəlxalq məsləhətçi Robbert Faber layihənin təqdimatını edib və hesabatda əks olunanları slaydlar vasitəsilə nümayiş etdirib. Beynəlxalq məsləhətçi çıxışında bildirib ki, layihə dövlət əmlakı idarəçiliyi sahəsində mövcud vəziyyətin təhlili, daşınmaz əmlakın optimal istifadəsi, nəzarət və monitorinq məsələləri, yekun nəticələr və tövsiyələri ehtiva edir. Əvvəlcə, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikasında mövcud vəziyyət təhlil edilib. Bu sahədə milli qanunvericilik nəzərdən keçirilib. Almaniya, Fransa, Hollandiya, İspaniya kimi inkişaf etmiş ölkələrin təcrübələri geniş şəkildə öyrənilib. Xarici təcrübənin müqayisəli analizi əmlak idarəçiliyində modern aspektləri, müxtəlif idarəetmə və xidmət modellərinin kombinasiyasını əhatə edib. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qoyulmuş tələblərə əsasən, əmlak idarəçiliyinin təkmilləşdirilməsi, dövlət əmlakının səmərəli istifadəsi və hüquqi qeydiyyatı, hədəflər və modellər, gəlirlərin optimallaşdırılması və xərclərin mükəmməl idarə olunması və gələcək addımlarla bağlı təkliflər hazırlanıb.
Qeyd edək ki, layihə ilə bağlı hazırlanmış konsepsiya Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlakı idarəçiliyi sahəsində fəaliyyətinin gücləndirilməsi, şəffaflıq və effektivliyin artırılması, insan resurslarının sistemləşdirilməsi istiqamətində texniki dəstəyi təmin edir. Dövlət əmlakı idarəçiliyi ilə bağlı tədbirlər komitənin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı və Biznes Planlarına uyğun olaraq həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində həyata keçirilən digər fəaliyyətlər nəzərə alınır və nəticələr əlaqələndirilir.
Qeyd olunan bütün bu tədbirlər əmlak idarəçiliyində müasir tendensiyaların inkişafını, şəffaflıq və səmərəliliyi yüksək səviyyədə təmin edəcək, daşınmaz əmlak bazarını stimullaşdıracaqdır. Nəticədə etibarlı, şəffaf və effektiv dövlət əmlakı idarəçiliyi sisteminin formalaşmasına gətirib çıxaracaqdır.
Tədbirin sonunda layihə ilə bağlı müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info