Ukraynada yeni baş nazir
Tarix: 26.07.2014 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Ukrayna ordusu Luqansk vilayətində daha bir şəhəri azad edib. Ukraynalı hərbçilər Lisiçansk şəhərini separatçıları dəstəkləyən qüvvələrdən təmizləyə biliblər.
Bu arada Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, baş nazir vəzifəsini Vladimir Qroysman müvəqqəti icra edəcək. “Avropa Seçimi” koalisiyası dağıldıqdan sonra Arseniy Yatsenyuk Ukraynanın baş naziri vəzifəsindən istefa verib. Xatırladaq ki, iyulun 24-də “UDAR” və “Azadlıq” partiyaları parlament koalisiyasını tərk etdiklərini elan ediblər. Bu addım Ali Radanın buraxılmasına səbəb olacaq. Bu arada ABŞ kəşfiyyatı Ukrayna ərazisinin Rusiya tərəfdən top atəşinə tutulması ilə bağlı sübutların olduğunu bildirib. Bu haqda xəbəri “Röyter” ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Xarfa əsaslanaraq yayıb. “Bizdə Rusiyanın Ukraynadakı terrorçulara daha güclü və ağır artilleriya sistemi verməyə hazırlaşdığına, eləcə də Ukrayna hərbçilərinin mövqeyinin Rusiya tərəfdən atəşə tutulması ilə bağlı sübutlarımız var”- deyə o, vurğulayıb. Onun sözlərinə görə, bu məlumatlar ABŞ kəşfiyyatının hesabatı əsasında hazırlanıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info