Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri Putinə müraciət edib
Tarix: 26.07.2014 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselovanın və Dilqəm Əsgərovun pasportlarının surətindən aydın olur ki, onlar Rusiya vətəndaşıdırlar

Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciətlər ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Komitəyə daxil olan məlumata görə, müraciətlərdə D. Əsgərovla Ş. Quliyevin girovluqdan azad olunması xahiş edilib.
Rusiya Federasiyasının vətəndaşları olan Dilqəm Əsgərovun və Albina Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib. Müraciətlərin mətni və pasportların surəti məlumata əlavə olunur. Pasportların surətindən aydın olur ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D. Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirib. Pasportların surətindən o da məlum olur ki, Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova da Rusiya Federasiyasının vətəndaşdır. Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Kəlbəcərə getməsi erməniləri bərk təşvişə düşürüb. İşğalçı ölkənin müdafiə naziri Seyran Ohanyan bəyan etmişdi ki, Kəlbəcərə gedən bütün yollar minalanacaq. Daha sonra nazir qeyd etmişdi ki, Ermənistan-Azərbaycan sərhədində mühəndis-texniki qurğularının sayı artırılacaq. Bu məsələ Ermənistan prezidenti Serj Sərkisyan İctimai şuranın üzvləri ilə görüşü zamanı da müzakirə edib. İclasda Ermənistan-Azərbaycan sərhədində yaşayan əhalinin silahlandırılmasına dair müzakirələr aparılıb. Serj Sərkisyan sərhəddə yaşayan sakinlərin silahlandırılması ilə bağlı verilən təklifi rədd edib. O, bildirib ki, hazırda əhaliyə silah paylanmasına ehtiyac yoxdur.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info