Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir
Tarix: 26.07.2014 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


Emin Həsənli: “Ordunun gücü dövlətin gücü kimi qəbul olunur”
Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıb.Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hazırda ölkəmizdə hərbi sənaye sahələri formalaşdırılıb və müxtəlif hərbi sursatların istehsalı ildən-ilə artırılır.
Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi üçün də hərbi hissələrdə quruculuq işləri davam edir. Qusarda, Gəncədə, bir çox bölgələrdə hərbi hissələr müasir formada qurulur, təmir edilir. Xüsusən tibbi şərait müasir standartlara uyğunlaşdırılır. Həm hospitallar, həm tibb məntəqələri üçün çox müasir avadanlıqlar alınır. Əsgərlər üçün çox müasir klublar, istirahət yerləri, NATO standartlarına uyğun təlim meydançaları yaradılıb. Bunlar hamısı ordu quruculuğunda görülən sistemli, məntiqi işin nəticəsidir.
Onu da deyək ki, bu günlərdə regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar qurulub. Bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinə verdiyi tapşırıq yüksək səviyyədə icra olunub.
Müdafiə Nazirliyinin bütün hərbi hissələrində qurulan taksofonlar istismardadır. Bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılıb. Ayrılmış nömrələrin yalnız 123-124 (tac kart) prefiksinə çıxışı təmin edilib. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksofon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq, taksofonların texniki və estetik vəziyyətini daima nəzarətdə saxlamaqla yerlərdə əvvəlcədən ödəniş "tac kart"ların satışı təmin olunub.
Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntəqələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulub.
Artıq, Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu var. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir.Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev çıxışında hərbi məsələlərə xüsusi diqqətin göstərildiyini bildirib. Dövlət başçısı qeyd edib ki, ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır: “Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir”. Prezident Dağlıq Qarabağ məsələsinə də toxunaraq, ərazi bütövlüyünün əsas beynəlxalq hüququn norma və prinsipi olduğunu vurğulayıb. “Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər”-deyə o əlavə edib.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli qəzetimizə açıqlamasında Azərbaycanda ordu quruculuğu siyasətinin dövlətin müstəsna önəm verdiyi sahələrdən olduğunu dedi: “Əlbəttə ki, bu da səbəbsiz deyil. Çünki güclü ordu güclü dövlət deməkdir. Ordunun gücü məhz dövlətin gücü kimi qəbul olunur. Bu səbəbdən də dövlətə münasibət birmənalı olduğu kimi, orduya da münasibət birmənalı olmalıdır. Son illər Azərbaycan Ordusunun durmadan güclənməsi göz önündədir. Ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin apardığı islahatlar bu gün öz bəhrəsini verməkdədir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
E.Həsənli regionda hərbi və nizami hazırlıq baxımından seçilən Silahlı Qüvvələrimizin gücünün getdikcə artdığını bildirdi: “Bu gün Azərbaycan Ordusu ən müasir standartlara uyğunlaşdırılıb. Maddi-texniki bazası genişləndirilib, həmçinin yüksək səviyyədə təlimlər keçirilir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun mütəmadi olaraq, cəbhə bölgələrinə səfərləri, son dövrlər orduda aparılan islahatlar, döyüşlərdə iştirak edən, orduda xidmətləri olan böyük nüfuza malik zabitlərin orduya yenidən vəzifələrə dəvət edilərək yüksək postlara təyin edilməsi, düzgün kadr siyasətinin aparılması, təlimlərin yüksəlməsi dövlətin ordu siyasətinin müsbət göstəricisidir. Bu gün bizim güclü zabit kadr potensialımız var və hərbçilərimizin bacarığı da gündən-günə artır. Ordumuzun keçirdiyi son təlimlər də onu deməyə əsas verir ki, qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirməyə hazırdır və tezliklə xalqımıza qələbə bayramını bəxş edə bilər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info