“Baku Cup 2014” turniri davam edir
Tarix: 26.07.2014 | Saat: 02:00:00 | E-mail | Çapa göndər


Bakıda qadınlar arasında WTA “Baku Cup 2014” turniri davam edir. Dünən yarışlarda dörddəbir final mərhələsinin, qoşa yarışlarda isə yarımfinal mərhələsinin oyunları keçirilib.
İtaliyalı Françeska Skyavone səkkizdəbir finalda israilli tennisçi Culiya Qluşko ilə qarşılaşıb. Dünya reytinqində 102-ci olan 24 yaşlı C.Qluşko 75-ci yerdəki rəqibi 34 yaşlı F.Skyavoneyə qarşı ciddi mübarizə aparsa da, italiyalı idmançı matçı 2:0 qalib başa vurub və növbəti mərhələyə yüksəlib. Dünya reytinqində 81-ci olan 21 yaşlı fransalı tennisçi Kristina Mladenoviç və reytinqdə 76-cı olan 18 yaşlı xorvatiyalı tennisçi Donna Vekiç arasındakı görüş maraqlı idman mübarizəsi şəraitində keçib. İki saata qədər davam edən matçda 2:1 hesabı ilə qələbə qazanan Kristina Mladenoviç dörddəbir finala yüksəlib. “Baku Cup 2013”ün çempionu olmuş ukraynalı Elina Svitolina günün son matçında ispaniyalı Silviya Soler-Espinoza ilə qarşılaşıb. Turnirin 2 nömrəli favoriti olan E.Svitolina matçda 2:0 hesabı ilə qalib gələrək dörddəbir finala sonuncu vəsiqəni əldə edib. Komanda yarışında dörddəbir finalın oyunları keçirilib. Birinci kortda Aleksandra Panova (Rusiya) və Xiter Uatson (İngiltərə) dueti Katerina Bondarenko (Rusiya) və Nikol Meliçar (ABŞ) cütlüyü ilə qarşılaşıb. Matçdan 2:0 qalib ayrılan Aleksandra Panova və Xiter Uatson yarımfinala yüksəliblər. Komanda yarışlarında digər oyunda turnirin bir nömrəli favoriti hesab edilən gürcüstanlı Oksana Kalaşnikova və ukraynalı Olqa Savçukun komandası Nigina Abduraimova (Özbəkistan) və Alyona Fomina (Ukrayna) cütlüyünə qarşı mübarizə aparıb. Favorit cütlük matçda başdan sona qədər üstün oyun keçiriblər. İlk seti 6:3, ikinci seti də 6:2 qazanan O.Kalaşnikova və O.Savçuk yarımfinala yüksəliblər. İsrailli Şayar Peyer komanda yoldaşı rumıniyalı Raluka Olaru ilə fransalı cütlük Amandin Hesse və Paulin Parmentyeri hər iki setdə 6:1 hesabı ilə məğlub edərək yarımfinala çıxıblar. Fərdi yarışlarda səkkizdəbir final matçlarına çıxan və qalib gələn italiyalı Françeska Skyavone və isveçrəli Ştefani Föqele bu dəfə cütlərin yarışında eyni komandada mübarizə aparıblar. Onların rəqibləri ukraynalı Oleksandra Koraşvili və çexiyalı Tereza Martinkova olub. İlk seti 6:2, ikinci seti 6:3 qazanan F.Skyavone və Ş.Föqele bu qələbə sayəsində yarımfinala yüksəliblər.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info