Ətdən və süddən gələn bəla
Tarix: 26.07.2014 | Saat: 02:05:00 | E-mail | Çapa göndər


Bruselloz... Bu xəstəlik heyvanlarda olmasına, yaranmasına baxmayaraq bəzən diqqətsizlik nəticəsində insanlara da yoluxa bilər. Bəs biz bu xəstəlikdən qorunmaq üçün hansı tədbirləri görməliyik? Bu xəstəlik mövsümi xəstəlik olmasa da, yay aylarında daha çox özünü
biruzə verir.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu ilin yanvarından iyul ayına qədər Azərbaycan ərazisində 199 nəfərin brüselloza yoluxma faktı aşkarlanıb. Bruselloz zoonoz xəstəlik olduğu üçün əsasən, insanların heyvanlarla əlaqədə olduğu vaxt üzə çıxır. Yoluxma halları müxtəlif formalarda özünü biruzə verə bilir. Əsasən, xəstə heyvanların ətindən və südündən istifadə zamanı müəyyən gigiyenik qaydalara riayət edilmədikdə yoluxma baş verir.
Virusun yalnız qaynadılarkən öldüyündən bruselyoz xəstəliyinin insana yoluxması, əsasən, pendirlərdə və çiy süd məhsullarında özünü göstərir. Buna görə də qaynadılmamış və pasterizə edilməmiş südün və belə süddən hazırlanmış qida məhsullarının istifadəsindən çəkinmək lazımdır. Yoluxma halları heyvanın əti vasitəsi ilə də yoluxa bilər. Yay aylarında adətən istirahətə gedərkən insanların seçdikləri yemək növlərindən biri olan kabablar bu xəstəlik mənbəyi ola bilər. Çünki kababı bişirən zaman virus yox olmur. Həkimlər isə tövsiyə edirlər ki, insanlarda üşütmə, qızdırma, dayaq-oynaq sistemlərində zəiflik hiss olunarkən mütləq həkimə müraciət etsinlər. Əks təqdirdə bu xəstəliyin fəsadları daha ağır ola bilər.
Bruselyoz xəstəliyi Şəkidə 2013-cü ildə 2 xəstə, 2014-cü ilin ilk altı ayında isə 3 xəstədə aşkar olunub. Şəki Rayon Gigiyena və Epidemiologiya mərkəzi isə bu cür xəstəliklərlə mübarizə apararkən Rayon Baytarlıq İdarəsi ilə birgə fəaliyyət göstərir.
Baytarlıq idarəsindən verilən məlumata görə, rayonda kəsilən hər bir ət baytar yoxlamasından keçirilib. Ona görə də müəyyən qidaları qəbul edərkən onların mənşəyi haqda məlumatlı olmaq və yoxlamadan keçən məhsulları almaq tövsiyə edilir.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur
17.05.2019
Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib
12.05.2019
Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür
08.05.2019
Yaponiyalı göz həkimləri Yevlaxda 847 nəfəri müayinə ediblər
08.05.2019
Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info