İpoteka Fondunun aktivləri 23 faiz artıb
Tarix: 30.07.2014 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) aktivləri 2013-cü ildə 22,82 faiz artıb. Bu barədə AİF-in ötən ilin yekunlarına həsr edilmiş maliyyə hesabatında deyilir.
Hesabata əsasən, ötən ilin sonuna AİF-in aktivləri 492,64 milyon manata çatıb. 2012-ci ildə bu rəqəm 401,11 milyon manata bərabər olub. Aktivlərin ümumi həcmindən 403,52 milyon manat verilmiş ipoteka kreditlərinin, 42,15 milyon manat ödəniş müddətinə qədər saxlanılan investisiyaların, 32,81 milyon manat isə banklardakı depozitlərin payına düşür. Aktivlərin qalan hissəsi pul vəsaitlərində və onların ekvivalentlərində, daşınmaz əmlaklarda, avadanlıqlarda və s. cəmləşib.
2013-cü ildə Fondun öhdəlikləri də artaraq təqribən 301,5 milyon manata çatıb. Əvvəlki illə müqayisədə öhdəliklərin artımı 18,7 faiz olub. Öhdəliklərin 97,6 faizi Fondun buraxdığı qiymətli kağızlarla təqdim olunub.
Dövlət büdcəsindən köçürmələri də özündə birləşdirən AİF-in məcmu kapitalı hesabat dövründə 191,16 milyon manat təşkil edib. Bu, 2012-ci ildə 147,14 milyon manat olub. Fond 2013-cü ili 4 milyon manatdan bir qədər çox mənfəətlə başa vurub. 2012-ci ilin nəticələri üzrə bu göstərici 3,42 milyon manat təşkil edib.
AİF-in maliyyə hesabatlılığının auditini "KPMG Azerbaijan Limited" şirkəti aparıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info