“Elektron hökumət“ portalında şəxsi kabinet formalaşdırılır
Tarix: 30.07.2014 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalında şəxsi kabinet formalaşdırılması istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. MHM-nin məlumatına görə, işıq, qaz və su abunəçiləri üzrə məlumat bazaları aidiyyatı kommunal idarələrdən alınaraq telefon abunəçiləri üzrə və Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələri üzrə məlumat bazası ilə üzləşdirilib və uyğunluq tapılan abunəçi kodlarına səhər telefon nömrəsi və FİN kod əlavə edilib. Bunun nəticəsində portalda RYTN üzrə yerləşdirilmiş "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar kommunal kodları daxil etmədən, yalnız telefon nömrəsini daxil etməklə kommunal xidmət borclarını da rahatlıqla ödəyə bilirlər. Hazırda qurumların informasiya ehtiyatlarının "Elektron hökumət” portalına inteqrasiya edilməsi, müvafiq servislərin hazırlanıb portalda istismara verilməsi ilə bağlı ciddi işlər aparılır. Bu sahədə işlər yekunlaşdıqdan sonra istifadəçilər portalda şəxsi kabinetlərini formalaşdıra biləcəklər və kabinetə daxil olarkən özünə aid bütün məlumatları (şəhər və mobil telefon borcları, kommunal xidmət borcları, yol hərəkət qaydalarının pozulmasına görə cərimələr və cərimə balları, öz adına olan daşınmaz əmlak, şirkət, vergi borcları və s.) asanlıqla əldə edə biləcəklər.
Ümumiyyətlə, "Elektron hökumət” portalı üzərindən qurumlararası informasiya mübadiləsi tam şəkildə təmin olunduqdan sonra vətəndaşlarla dövlət qurumları arasında birbaşa əməkdaşlıq zəifləyəcək, həm də əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi və keyfiyyəti yüksəlmiş olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info