“Yay təcrübəsi proqramı” çərçivəsində doqquz tələbə işə qəbul olunub
Tarix: 30.07.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüş olub.
ARDNŞ-in insan resursları departamentinin məlumatına görə, görüş birliyin idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi daşıyıb.
Məlumata görə, İB-də həm Azərbaycanın və həm də xarici ölkələrin ali məktəblərdə təhsil alan doqquz tələbə yay təcrübəsi keçir. Haqqı ödənilən təcrübə birliyin idarəetmə aparatının müvafiq şöbələrində, həmçinin Suraxanı, Xəzər, Nərimanov və Nəsimi Qaz istismarı sahələrində təşkil olunub.
Artıq dördüncü ildir ARDNŞ tərəfindən respublikanın və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində ödənişli “Yay təcrübəsi proqramı” keçirilir. Proqramın şərtlərinə görə tələbə ilə müvəqqəti əmək müqaviləsi bağlanır və o, mütəxəssis qismində işə qəbul olunur. Tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq əmək haqqı ödənilir. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info