“New-York Times”: “Avropalılar terrorçulara pul ödəyirlər, amma bunu etiraf etmirlər”
Tarix: 30.07.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“Avropa ölkələrinin hökumətləri girovlara görə milyonlarla dollar pul ödəməklə, silahlı islamçı qrupların maliyyə mənbəyinə çevrilir”.
Bu sözlər “New-York Times” qəzetinin yazarı Rukmini Kallimaçinin məqaləsində yer alıb.
Onun apardığı araşdırmaya görə, girovlar vasitəsilə ən çox kapital toplayan silahlı qruplaşmalardan biri olan “Əl-Qaidə”dir və bu qruplaşma “mübadilə” əməliyyatlarını Şimali Afrika ölkələrində gerçəkləşdirir. Müəllif qeyd edir ki, silahlı qrupların girovlara görə Avropa hökumətləri ilə dialoqa girməsi elə də çətin olmur: “Avropalıların oğurlanması “Əl-Qaidə” üçün qlobal biznesə çevrilib. Bu qruplaşma 2008-ci ildən bu yana girov biznesindən 125 milyon dollardan çox gəlir əldə edib ki, bu məbləğin 66 milyonu 2013-cü ildə əldə olunub”.
Məqalədə qeyd olunur ki, silahlı qruplaşmalar əsasən diplomatları, jurnalistləri və yaxud qərargahı Avropada yerləşən beynəlxalq təşkilatların nümayəndələrini girov götürür: “Girovları öldürmək təhdidi olsa da, bu təhdidlər çox az hallarda icra olunur. Adətən, bir girovun geri qaytarılması 5 ilə qədər vaxt aparır. Avropa dövlətləri nadir hallarda danışıqlardan imtina edirlər. ABŞ və Böyük Britaniya terrorçularla danışığa ən az meyl edən dövlətlərdən hesab olunur”.
Almaniyaya gəldikdə isə müəllif qeyd edir ki, bu ölkə 2003-cü ildə 32 nəfər girovun qaytarılması üçün Maliyə yardım adı ilə büdcədən 5 milyon dollar çıxarıb: “Avropalıların cavab verməli olacağı çoxlu sual var. Onlar terrorçulara pul ödəyirlər, amma bunu etiraf etmirlər. Bu, təkcə terrorçuları maliyyələşdirmir, həm də avropalıların ilk fürsətdə oğurlanması üçün zəmin yaradır”
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info