“Biz bu şəhərlərə hücum etməyəcəyik”
Tarix: 30.07.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


“Ukrayna hökuməti ölkənin şərqindəki Donetsk və Luqansk şəhərlərini separatçılardan hərbi yolla deyil, danışıqlarla almaq niyyətindədir”.
“Reuters”in verdiyi məlumata görə, bunu agentliyə müsahibəsində Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.
Nazir qeyd edib ki, Donetsk vilayətində həyata keçirilən son əməliyyatlarda 19 nəfər ölüb, 31 nəfər yaralanıb: “Biz bu şəhərlərə hücum etməyəcəyik. Ukrayna hakimiyyəti bu əraziyə nəzarətini siyasi proseslər yolu ilə qaytarmağa çalışır, hərbi yolla yox. Biz bölgələrdə daha çox azadlıq, daha çox səlahiyyətlər, yerlərdə siyasi və iqtisadi hakimiyyət təqdim etməyə hazırıq”.
O, Ukraynada zorakılığa son verilməsi ilə bağlı keçirilən yeni beynəlxalq konfrans barədə də danışıb və bu ideyanı ABŞ-ın dövlət katibi Con Kerri ilə müzakirə etdiyini qeyd edib.
Klimkin, Kiyevə ABŞ və Avropa Birliyinin eyni mövqedən çıxış etməsinə dair “aydın siqnalla” qayıtdığını deyərək, bu dəstəkdən məmnun qaldığını dilə gətirib.
Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı suala isə Ukrayna XİN başçısı belə cavab verib: “Hazırda NATO-ya üzvlük gündəmdə deyil. Bu məsələ ilə bağlı Ukrayna cəmiyyətində hələ konsensus yoxdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info