Finlandiyanın LAMOR şirkəti Azərbaycanda da nümayəndəlik yaratmaq niyyətindədir
Tarix: 30.07.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Finlandiyanın LAMOR şirkətinin nümayəndələri ilə görüş olub.
QSC-dən bildiriblər ki, qonaqları salamlayan müəssisənin baş direktoru Ramil Əliyev onlara “Ekol Mühəndislik Xidmətləri” QSC barədə məlumat verib.
LAMOR şirkətinin prezidenti Fred Larsen qeyd edib ki, təmsil etdiyi şirkət ətraf mühit problemlərinin həlli ilə məşğul olur. Şirkətin fəaliyyəti əsasən neft dağılmalarının qarşısının alınmasını, neftlə çirklənmiş torpaqların təmizlənməsini, həmçinin sənaye sahəsində qurğu və avadanlıqların təkmilləşdirilməsini və ekologiya ilə bağlı digər aktual məsələləri əhatə edir. Bu sahədə bütün aspektləri özündə birləşdirən fəaliyyət - araşdırma, mühəndislik, istehsal, çatdırılma, təlimlər və əməliyyatlar həyata keçirilir.
Fred Larsen iyirmi ildən çox iş təcrübəsinə malik şirkətin Meksika körfəzində baş verən iri miqyaslı neft sızmalarının qarşısının alınması zamanı istifadə olunan qurğu və avadanlıqların 70 faizini təmin etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, dünyanın 90 ölkəsində iri miqyaslı layihələr həyata keçirən LAMOR Birləşmiş Ərəb Əmirlikləri, Orta Asiya, Küveyt, Oman və Azərbaycanda nümayəndəlik yaratmaq niyyətindədir.
Sonda təcrübə layihələri, mövcud ekoloji vəziyyət, görülən işlər və gələcək planlar barədə informasiya mübadiləsi və müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info