“Narkomaniyaya yox-Sağlam həyata HƏ!”
Tarix: 30.07.2014 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Gənc Vətənpərvərlər Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkomaniyaya yox-Sağlam həyata HƏ!”devizi altında gənclərin iştirakı ilə preventiv tədbirlərin və idman yarışlarının keçirilməsi adlı layihə cərçivəsində 26 iyul Gənclər və İdman Nazirliyinin yaranma günü münasibəti ilə “Narkotiklərdən əl cəkək”, “Gələcəyimizi qoruyaq”, “Narkomaniya, AİDS-QİÇS-İİV-ə qarşı mübarizədə idmanın rolu”mövzusunda Abu-Arena İSK-də elmi nəzəri praktik konfrans və karate üzrə texniki seminar və təlim keçirib. Tədbirdə çıxış edən layihənin rəhbəri, Ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işcisi, IV-cü dan qara kəmər sahibi M.Əliyev dövlətin gənc nəslə göstərdiyi diqqət və qayğıdan bəhs edib.O bildirib ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunmasına, o cümlədən onların ictimai-siyasi fəallığının artırılmasına kömək edib. Layihə üzrə təşkilat komitəsinin üzvü N.Qacayev qeyd edib ki, GİN-in təşkilatçılığı ilə 2015-ci ildə Bakı şəhərində keçiriləçək Avropa Oyunları ilə əlaqədar olaraq idman tədbirlərinin, təbliğat və təşviqat işlərinin aparılmasına üstünlük veriləcək. MKF-nin prezidenti Y.Bəşirov qeyd edib ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri narkomaniya və pis vərdişlərdən uzaq olması, milli qürur, etik və estetik tərbiyə, Vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlanması ən vacib məsələlərdən biridir. Cıxış edən Əməkdar bədən tərbiyəsi və idman xadimi Ə.Əliyev bu yönlü layihələrin keçirilməsinin vacibliyini və ehtiyac olduğunu bildirərək qeyd edib ki, məktəblərdə idman cəmiyyətlərində psixoloji amillər barədə maarifləndirilmə və tətbiqi narkomaniya, ADİS-QİÇS-İİV-ə qarşı mübarizədə böyük rol oynayır və buna ehtiyac var. Konfrans başa catdıqdan sonra karate üzrə texniki seminara start verilib. Tədbirin sonunda Gənclər Fondunun məsləhətçisi Lalə Rzayeva, GVB-nin iqtisadi və humanitar məsələlər üzrə sədr müşaviri, “Ataholdinq“ ASC-nin Qərb filalı üzrə iqtisadçı Rəna Məmmədova, MKF-nin baş məşqçisi Vahid Eyvazov, GVB-nin Lənkəran şəhəri üzrə yerli şöbəsinin müdiri Seyran Səlimov və digərləri Fəxri diplomla təltif olunub. Tədbir iştirakcılarına, idmancılara, qonaqlara və tədbirdə iştirak edən valideynlərə maarifləndirici buklet, broşur, təsvirli köynək və H.Əliyevin rəsmi əks olunmuş döş nişanı paylanıb. Qeyd edək ki, tədbirdə GVB-nin şəhər və rayon nümayəndəliklərinin rəhbərləri də mövzu ilə bağlı fikirlərini bildiriblər. Silsilə tədbirlər ölkənin bir sıra bölgələrində davam etdiriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info