Şəkidə uşaq bağçalarının maddi-texniki bazası möhkəmləndirilir
Tarix: 30.07.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Şəki şəhərindəki 25 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra yenidən balaca fidanların istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə ölkəmizdə uşaqların sağlamlığının qorunması və təlim-tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışılıb. Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Şəkidə də məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir. Son illər rayonda 2 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 3 bağça əsaslı təmir olunub. Hazırda Şəki şəhərindəki 14, 15 və 16 nömrəli uşaq bağçaları üçün yeni binaların tikintisi davam etdirilir, 9 və 17 nömrəli uşaq bağçaları əsaslı təmir olunur.
Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər rəhbərliyi və tədbir iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, uşaq bağçası bu binada 1963-cü ildən fəaliyyət göstərir. Binada əsaslı təmir işlərinə cari ilin yanvarında başlanılıb. İki qruplu, 40 yerlik uşaq bağçası yeni inventar və avadanlıqla da təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info