Manuela Traldi: “TAP layihəsi Avropanın enerji ilə təminatında önəmli mənbədir”
Tarix: 30.07.2014 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


“Strateji önəm daşıyan “Trans-Adriatik Pipeline” (TAP) layihəsi Avropanın enerji ilə təmin olunması üçün önəmli mənbədir. Bu layihə İtaliya üçün də böyük əhəmiyyət kəsb edir”.
Bu sözləri İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldi deyib.
M.Traldi bildirib ki, TAP layihəsi Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verməkdədir. O qeyd edib ki, Avropanın qazla təmin olunması məsələsində Azərbaycanın bu layihəni seçməsi ikitərəfli əlaqələrdə yeni mərhələnin başlanmasına səbəb olub: “TAP layihəsi Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Avropa bu layihənin reallaşmasında çox maraqlıdır. Ümid edirik ki, bu layihə planlaşdırıldığı vaxtda başa çatacaq”.
İTAZERCOM-un fəaliyyətinə toxunan M.Traldi qeyd edib ki, qurum Azərbaycan və İtaliya arasında əsasən iqtisadi sahədə əlaqələrin təşviqi istiqamətində tədbirlər həyata keçirir. O bildirib ki, Gələcəkdə İTAZERCOM-un fəaliyyət dairəsinin genişlənməsi çərçivəsində Bakı nümayəndəliyinin açılması da nəzərdə tutulur: “İqtisadiyyatın müxtəlif sahələri üzrə çalışan nümayəndəliklərlə birgə layihələr reallaşdırırıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradırıq. Azərbaycan və İtaliya ticarət institutları arasında çox müsbət əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmuşuq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
25.09.2018
Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib
25.09.2018
“Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir”
25.09.2018
Mələk Çakmak: “Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş ölkə kimi dəyərləndirilir”
25.09.2018
“Qırmızı Körpü” məntəqəsinin Gürcüstan tərəfində laboratoriya istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info