“Güləşçilərimizin çıxışından razı qaldım”
Tarix: 30.07.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Semyon Çterev pəhləvanlarımızın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsindəki çıxışından razı qalıb.
Bu barədə danışan məşqçi deyib: “Qızıl Qran-pri” Azərbaycanın aparıcı güləşçiləri üçün Daşkənddə keçiriləcək Dünya Çempionatından əvvəl son sınaq oldu. Bu turnirdəki nəticələri nəzərə alaraq, yığma komandanın tərkibini müəyyənləşdirəcəyik. Güləşçilərimizin çıxışından razı qaldım. Turnirdə iştirak edən idmançıların heç vaxt olmadığı qədər güclü oyun nümayiş etdirdiklərini xüsusilə vurğulamaq istəyirəm”. Bu turnirdə komandamızın liderlərinin çıxış edə bilməmələrinə baxmayaraq, güləşçilərimizin finalda geniş tərkibdə təmsil olunduğunu vurğulayan məşqçi Hacı Əliyevin və Cəbrayıl Həsənovun mübarizliyini xüsusi qeyd edib. Bildirib ki, onlar milli komandaya əsas namizədlərdir: “Ümumiyyətlə, yığmaya çağıracağım güləşçilərin adlarını əvvəlcədən açıqlamaq istəməzdim. Çünki bu, həm əsas, həm də əvəzedici heyətin üzvlərinə yaxşı təsir göstərmir. İdmançılarımızın hamısı bilməlidir ki, hər birinin şansı var”. Semyon Çterev bildirib ki, səhhətindəki problemlərə görə “Qızıl Qran Pri” yarışlarında iştirak edə bilməyən Həmzət Osmanov, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov da toplanışa qatılacaq: “Amma bir şərtlə ki, yaxın vaxtda zədələrini tam sağaltsınlar. Dünya Çempionatına gedəcək güləşçilərin adlarını Bakıda keçiriləcək sonuncu təlim-məşq toplanışının yekununda açıqlayacağam. Buna qədər isə Minskdə hazırlıq keçirməyi planlaşdırırıq”. Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən turnirdə 35 ölkədən 400-ə yaxın pəhləvan mübarizə aparıb.
Yarışın sonuncu günündə yunan-Roma güləşçiləri güclərini sınayıblar.
Bu yarışmada Azərbaycanı Rövşən Bayramov, Orxan Əhmədov, Taleh Məmmədov, Kamran Məmmədov (59 kq), Həsən Əliyev, Azad Əliyev, Rövşən Tağıyev (66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev, Ceyhun Əliyev (71 kq), Rafiq Hüseynov, Niyaməddin İbrahimov (75 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (80 kq), Şəhriyar Məmmədov (85 kq), Araz Həsənov, Şalva Qadabadze, Saman Təhmasibi (98 kq), Sabah Şəriəti və Səbuhi Hümbətov (130 kq) təmsil ediblər. Güləşçilərimizdən Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (75 kq), Elvin Mürsəliyev (80 kq) qızıl medal qazanıblar.
Rəsul Çunayev (71 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq) gümüş, Kamran Məmmədov (59 kq), Rüstəm Əliyev (71 kq) və Şalva Qadabadze (98 kq) bürünc medala layiq görülüblər. Qeyd edək ki, sərbəst güləşçilərimiz yarışda 3 qızıl, 3 gümüş, 7 bürünc, qadın güləşçilərimiz isə 2 qızıl medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15.02.2019
“Arsenal“ BATE ilə bacarmadı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info