Unutma məni
Tarix: 30.07.2014 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Bu yaxınlarda tanınmış şair Elşən Qənimətoğlunun “Unutma məni” kitabı işıq üzü görüb. Kitabda şairin bir çox gəraylıları, qoşmaları, rübailəri, bayatıları, poeması çap olunub. Dərc olunan kitabda “Araz çayı”, “Bəxş etmişdi Tanrı bizə”, “Qarabağım”, “Sevgilim”, “Deyil”, “Yaz ayı”, “Şəhidlər” adlı bir çox şeirləri oxucuların ixtiyarına verilib. Şair Elşən Qənimətoğlunun yeni yazdığı bir neçə şeirlərini sizə təqdim edirik.

İstədim
Kəndimiz, obamız yadıma düşdü
Araz qırağında gəzmək istədim.
Gəzib bağçasında, güllər bağında
Bir çiçək, gül-qönçə
dərmək istədim.

Anam bişirdiyi ayran aşından
Sürməli qızların qələm-qaşından
Bahar buludunun saf göz yaşından
Üçbəndli bir şeir
demək istədim.

Mən gəzib dolanmaq istədim orda
Gözəldi kəndimin yağan qarı da
Qorxuram bu ömrüm qalar yarıda
Bir anlıq kəndimə
getmək istədim.

Qaldım demə

Keçir ömürdən aylar, həm illər,
Qocaldıqca bizi tanıyır nəsillər,
Gənclik yaşında gördüyüm günlər
Qocaldım mən, bucaqda
qaldım, demə.

Hər yaş gözəlliyi var dövüründə
Həqiqət var ağsaqqalın sözündə
Ahıl yaşa çatsan bilərsən sən də
Qocaldım mən, ayaqda
qaldım, demə.

Otursan, durmaq çətindir sənə
Hərdən söylənirsən özün-özünə
Gəzib dolanırsan, otursan yenə
O əsaya, möhtac da
qaldım, demə.

Qocanın nazını çəkəsən gərək
Dolanıb başına öpəsən gərək
Qocaya uşaq tək qayğı çəkəsən
Qocaldım, bu həyatda
qaldım, demə.

Nəsihət
və vəsiyyətlərimdən


İlahi söz ayrı, sadə söz ayrı
Eşidən qulaq ayrı, görən göz ayrı
İlahi söz eşitmək istəsən, gərək
“Quran” öyrənməyə
sərf elə əmək.

Naşıya dərs demə, anlamaz səni
Əgər anlayarsa, qınarsan məni
Əslən əsilzadə taparsan əgər
Atdığın bütün daş
hədəfə dəyər

Çox da dəmir vurma soyuq dəmirə
Məqsəd hasil olmaz, eybəcər olar
Od qoyub yandırsan qızğın kürədə
Bir anda əriyib,
dərbədər olar.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info