“Terrorizm və hər cür radikalizmə qarşı mübarizə Türkiyə üçün prioritetdir”
Tarix: 31.07.2014 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Geniş Aralıq dənizi hövzəsində davam edən demokratik transformasiya və dəyişikliklər prosesi suverenliyi xalqın iradəsinə söykənməyən, qanuniliyini təmin edə bilməyən iqtidarların regional sülh və təhlükəsizliyə zərər verdiklərini bariz şəkildə nümayiş etdirir”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşkun Suriya və İraqdakı hadisələri qiymətləndirərkən deyib. Səfir bildirib ki, Türkiyənin xarici siyasətinin başlıca məqsədi, ətrafında sülh, sabitlik, təhlükəsizlik və rifah mühitinin yaradılması və bu istiqamətdəki təşəbbüslərə fəal dəstək verilməsidir: “Suriya ilə bağlı siyasətimizin təməlini də məhz bu prinsip təşkil edir. Arzumuz Suriyadakı prosesin, Suriya xalqının haqlı tələb və gözləntiləri əsasında etnik mənşəyi, dini və məzhəbinə görə ayrı-seçkilik edilmədən bütün Suriya vətəndaşlarının insan hüquqlarının və əsas azadlıqlarının bərabərlik prinsipinə əsaslanaraq konstitusiya tərəfindən təminat altına alınan hür və demokratik sistemin yaradılması ilə nəticələnməsidir. Bu çərçivədə, Suriyanın milli birliyinin və torpaq bütövlüyünün qorunması, təhlükəsizlik və sabitliyinin təmin edilməsi Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edir”. Diplomatın sözlərinə görə, Türkiyə həm xarici siyasət aspektini, həm də ölkəni maraqlandıran insani humanitar və daxili təhlükəsizlik aspektlərini ehtiva edən Suriyadakı hadisələri ən əvvəlindən milli mənfəətlər, bəşəri normalar və beynəlxalq humanitar hüquq prinsiplərinə əsaslanaraq yaxından müşahidə edib, münaqişənin ən qısa müddətdə sülh və sabitlik yönümlü cərəyan etməsi, həmçinin, Suriyadakı insanlıq fəlakətinin yaralarının sarılması üçün əlindən gələn köməyi əsirgəməyib: “Hal-hazırda ölkəmizdə sığınma mərkəzlərində qonaq edilən və şəhərlərdə öz imkanları ilə yerləşən suriyalıların sayının 1 milyonu ötməsi, bu çərçivədə sərf edilən xərcləmələrin isə 3.5 milyard dollara çatması bu istiqamətdəki təşəbbüslərimizin bariz nümunəsini təşkil edir”.
İraqa gəldikdə, səfir qeyd edib ki, bu ölkənin siyasi birliyi, torpaq bütövlüyü, təhlükəsizlik, sabitlik və rifahının güclənməsi istiqamətində Türkiyənin dəstəyi hər kəsə məlumdur: “Bu istiqamətdəki cəhdləri dəstəkləmək üçün məhz Türkiyənin liderlik etdiyi təşəbbüslər də olub. Buna baxmayaraq, İraq səfirinin ötən günlərdə agentliyiniz tərəfindən dərc edilən bəyanatında eyham edildiyi kimi, Suriya və İraqın daxili proseslərindən irəli gələn neqativ hadisələrin məsuliyyətinin Türkiyənin üstünə atmaq cəhdi heç bir əsası olmayan yanıltma təşəbbüsüdür. Türkiyə tarixi adət və ənənələrinə sadiq qalaraq etnik və məzhəbi ayrı-seçkilikdən uzaq durmağı şüar olaraq qəbul edib. Bu prinsipial yanaşmamızı Suriya və İraqa qarşı da diqqətlə davam etdiririk. Belə ki, İraqdakı bütün təbəqələrə yaxın və bərabər məsafədə dururuq. İraqda meydana gələn geniş miqyaslı böhranın həllinin siyasi proses yolu ilə mümkün olduğunu, siyasi konsensus çərçivəsində, ölkə cəmiyyətinin bütün təbəqələrini əhatə edəcək anlayışla yaradılacaq hökumət sayəsində İraqın mövcud problemlərinin həlli yollarının tapıla biləcəyini düşünürük”.
A. İ. Coşqun terrorizm və hər cür radikalizmə qarşı mübarizənin Türkiyə üçün prioritet və əvəzedilməz məsələ olduğunu vurğulayıb: “Bu səbəblə, ölkəmizin İŞİD də daxil olmaqla regiondakı radikal qrup və təşkilatların fəaliyyətlərinə göz yumduğu bəzən qəsdən, bəzən də spekulyativ şəkildə ortaya atılan boş iddialar əsla həqiqəti əks etdirmir. Türkiyə keçmişdə Əl- Qaidə terror təşkilatının hücumlarına məruz qalan ölkədir. Bu qrupun ideologiyasından ilhamlanaraq hadisə törətməyə hazırlandığı müəyyən edilən şəxslər və ya qruplaşmalarla bağlı lazımi inzibati hüquqi tədbirlər görülür, şübhəli şəxslər hüquq-mühafizə orqanlarına yönəldilir. Eyni zamanda, ölkəmiz Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları çərçivəsində Əl-Qaidə və bu təşkilat ilə əlaqəsi olan qruplarla bağlı öhdəliklərini həssaslıqla yerinə yetirir. Dövrümüzdə radikalizmin qarşısının alınması, terrorist qrupların və qruplaşmaların müxtəlif imkanlara çıxışının məhdudlaşdırılması və nəhayət bu təşkilatların zərərsizləşdirilməsi labüddür. Bu məqsədlə Türkiyə beynəlxalq səviyyədə həyata keçirilən fəaliyyətlərdə aktiv şəkildə iştirak etməkdə, bu fəaliyyətləri ciddi şəkildə dəstəkləməkdədir. Suriyada davam edən böhranla birlikdə ölkənin, xüsusilə şimal regionlarında hakimiyyətdə meydana gələn boşluq, İŞİD kimi dini istismar edən qruplaşmalar və bu qruplaşmalara yer almaq üçün ölkəyə gələn əcnəbi terrorist savaşçılar üçün uyğun şərait yaratmağa davam edir. Digər ölkələr kimi, Türkiyəni də əcnəbi savaşçıların Suriyaya keçməsi üçün tranzit ölkə olaraq istifadə etməyə çalışanlar var. Region ölkələrindəki qeyri-sabitlik və radikal qrupların getdikcə artan sayları, ölkəmiz də daxil olmaqla geniş regionun təhlükəsizliyi baxımından narahatlıq mənbəyidir. Üzləşdiyimiz problem sıx beynəlxalq əməkdaşlıq tələb edən qlobal məsələdir. Bu halı ilə də hamımız üçün ortaq imtahandır. Türkiyə bu mübarizədə qəti mövqeyini qərarlı şəkildə davam etdirəcək”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info