: “Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə ən real namizəddir”
Tarix: 31.07.2014 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


“Bakıda təşkil edilən taekvondo üzrə yeniyetmələr arasında birinci Dünya Çempionatı yüksək səviyyədə keçirildi”. Bu sözləri Türkiyə Taekvondo Federasiyasının xarici əlaqələr üzrə əlaqələndiricisi, Avropa Taekvondo Federasiyasının idarə heyətinin üzvü Əli Sağırkaya deyib.
Əli Sağırkaya bildirib ki, dörd gün davam edən Dünya Çempionatında iştirak edən taekvondo üzrə milli komandalar üçün yüksək səviyyədə şərait yaradılıb: “Mehmanxanalar gözəldir, nəqliyyat məsələləri həll edilib, infrastruktur yaradılıb. Cari ilin aprelində Bakıda taekvondo üzrə Avropa çempionatı da keçirildi. Düşünürəm ki, bu yüksək səviyyəli ev sahibliyi ilə Azərbaycan nəinki 2015-ci ildə Bakıda təşkil ediləcək birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək, eyni zamanda, gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə ən real namizəddir”. Əli Sağırkaya qeyd edib ki, türkiyəli idmançılar Vətənə Azərbaycandakı dünya çempionatından ikisi qızıl və səkkizi bürünc olmaqla 10 medalla dönür: “Bu medalları qardaş Azərbaycanda qazanmaq bizə ikiqat sevinc bəxş etdi. Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir”.
Qonaq vurğulayıb ki, Azərbaycanda keçirilən bu Dünya Çempionatı gənc taekvondoçulara peşəkar idmana başlamaq üçün təcrübə mənbəyi oldu: “Gənc idmançılar üçün dünya səviyyəsində çempionat təşkil edildiyi üçün Azərbaycan dövləti və xalqına, ölkənizin taekvondo federasiyasının rəhbərliyinə minnətdaram”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info