“Dövlətimizin dəstəyi ilə Almaniyada soyqırımı abidəsi layihəsini reallaşdıracağıq”
Tarix: 31.07.2014 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Ağa Ağayev: “Əsas məqsəd Almaniyada Azərbaycanı ən yüksək səviyyədə tanıtmaqdır”
Almaniyadakı Azərbaycan Mədəniyyət Evi yeni yaranmağına baxmayaraq, az bir zamanda böyük əks-səda verən fəaliyyətlər göstərib. Bunu, təşkilatın gördüyü işlər bir daha sübut edir. Qeyd edək ki, təşkilatın sədri Ağa Ağayev 1978-ci ildə Füzuli rayonunda anadan olub. Ali təhsillidir. 12 ildən arıqdır ki, Almaniyada yaşayır. Evlidir, 3 oğul övladı var.

- Almaniya-Azərbaycan Mədəniyyət Evinin fəaliyyət istiqamətləri hansılardır?
- Almaniya-Azərbaycan Mədəniyyət Evi mən və daha 3 azərbaycanlı vətənpərvər gənc tərəfindən yaradılıb. Təşkilat ötən ilin oktyabr ayında rəsmi olaraq qeydiyyatdan keçib. Bu, Almaniyada Azərbaycanın təbliğatı ilə məşğul olan qeyri-hökumət təşkilatıdır. Əsas fəaliyyətimiz Almaniyada Azərbaycanın dövlətçilik maraqlarına xidmət etmək, burada yaşayan soydaşlarımızın sosial həyatlarının təmin olunmasına yardımçı olmaq və Almaniyada Azərbaycanı ən yüksək səviyyədə tanıtmaqdır.
- Hansı tanıtım layihələriniz olub?
- Fəaliyyətimiz müddətində 20 Yanvar faciəsi, Xocalı və Mart soyqırımları, Novruz bayramı, ümummilli liderin doğum günü, 28 May Respublika Günü ilə bağlı tədbirlərimiz olub. 20 Yanvarla bağlı keçirdiyimiz konfransda Almaniya Yaşıllar Partiyasından millət vəkili və alman, türk icmalarının nümayəndələri, eləcə də soydaşlarımız iştirak edirdi. Konfransdan sonra şəhidlərimizin ruhuna dualar oxundu və ehsan süfrəsi verildi.
Xocalı faciəsi ilə bağlı isə həm konfrans, həm də yürüş-mitinq keçirmişik. Konfransımızda Azərbaycandan millət vəkilləri Rövşən Rzayev və Musa Qasımlı, eyni zamanda bir neçə qeyri-hökumət təşkilatı rəhbərləri iştirak edirdi. Bundan başqa yerli almanlar və türk icmasının nümayəndələri də tədbirə maraq göstərdilər. Konfrans Köln Universitetində keçirildiyindən elmi-praktiki xarakterli idi. İkinci hissədə tələbələrin suallarını millət vəkillərimiz cavablandırdılar.
Novruz bayramı ilə əlaqədar böyük bir şənlik təşkil etmişdik. Tədbirimizdə 1100-dən artıq qürbətçi soydaşlarımız iştirak edirdi. Soydaşlarımızı sevindirən başqa bir məqam isə Bakıdan dəvət etdiyimiz sənətçilərimiz idi. O vaxta qədər Avropada belə bir Novruz bayramı keçirilməmişdi. Şənlikdə Əməkdar artistlərimiz Abbas Bağırov, Könül Kərimova, bundan başqa Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Cabir Abdullayev və Rəmiş iştirak edirdilər.
Ümummilli liderimizin doğum gününü də soydaşlarımızın geniş iştirakı ilə gözəl bir bayram ab-havasında keçirdik. Tədbirin giriş hissəsində olunan çıxışlarda ümummilli liderimizin keçdiyi şərəfli ömür yolundan geniş söhbət açıldı və onun xalqımız üçün etdikləri bir daha vurğulandı.
- Mədəni əlaqələrin inkişafı ilə də bağlı tədbirləriniz olubmu?
-23 mayda Kölndəki St. Pantaleon kilsəsində Almaniya və Azərbaycan arasındakı mədəni əlaqələrin 195 illiyi ilə əlaqədar “Mədəniyyətlərarası musiqili körpü” adlı tədbir keçirmişdik. Tədbir əsasən almanların iştirakı ilə keçirildi. Son olaraq “Bu şəhərdə” komandasının iştirakı ilə 28 May Respublika Gününə həsr olunan “Qızıl gül” adlı musiqili konsert proqramı təşkil etmişik.
- Bildiyimizə görə, Almaniyanın bir neçə şəhərində Xocalı abidəsinin qurulması ilə bağlı danışıqlara başlayıbsınız...
- Fəaliyyət göstərdiyimiz bu qısa zaman ərzində bəzi nailiyyətlərimiz də var və bu günlərdə daha bir nailiyyətə imza atmaq fikrindəyik. Belə ki, 03 iyul 2014-cü il tarixində Almaniya-Azərbaycan Mədəniyyət Evinin İdarə Heyəti olaraq vacib bir qərar qəbul etdik. Biz, Almaniyada fəaliyyət göstərən bir qeyri-hökumət təşkilatı olaraq “Xocalıya ədalət” kampaniyası çərçivəsində Almaniyanın Frankfurt, Köln , Düsseldorf şəhərlərində erməni terrorçuları tərəfindən həyata keçirilmiş olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaltmaq və onun yanında Azərbaycanımızın mədəniyyətini təbliğ edən abidənin qoyulması üçün razılıq alınması məqsədi ilə yerli bələdiyyələr, əyalət nazirlikləri və digər hökumət üzvləri ilə danışıqlara başladıq. Biz rəsmi dairələrə göndərdiyimiz müraciətimizdə, keçirilən görüşlərimizdə Xocalıda baş vermiş cinayətləri əks etdirən lövhənin asılması, eləcə də Azərbaycan mədəniyyətini, Almaniya-Azərbaycan dostluğunu əks etdirən abidənin ucaldılması üçün şəhər mərkəzində əlverişli yerin ayrılması məqsədi ilə icazə verilməsi üçün danışıqlar aparırıq. Bununla bağlı rəsmi strukturlarla yazışmalar, danışıqlarımız başlanıb. Artıq, Köln bələdiyyəsi ilə müəyyən razılıq əldə edilib.
- Hazırda bu məsələ ilə bağlı növbəti hansı addımlar atmağı planlaşdırırsız?
-Hal-hazırda abidə layihəsinin həyata keçirilməsi üçün imzatoplama kampaniyasına start vermişik. Əgər, dövlətimizin də dəstəyi olarsa, bu işi həyata keçirməkdə israrlıyıq. Almaniyada soyqırımı abidəsi layihəsini reallaşdırmaq o qədər də asan deyil, amma biz burdakı soydaşlarımız və türk icmasının da dəstəyi ilə bu işi reallaşdıra bilərik.
Bu layihənin ölkəmizin Almaniyada müsbət imicinin formalaşmasında, eləcə də tanınmasında Almaniya-Azərbaycan münasibətlərinin inkişafında, Azərbaycanın almanlar arasında, habelə Almaniyada yaşayan çoxsaylı xalqlar arasında tanınmasında öz töhfəsini verəcəyinə əminik.
Almaniya-Azərbaycan Mədəniyyət Evi olaraq ən böyük uğurumuz, fəaliyyətimizlə buradakı soydaşlarımızın rəğbətini qazana bilməyimizdir. Köln və civarında güneyli və iqdırlı soydaşlarımızla birgə 30 minə yaxın azərbaycanlı yaşayır. Biz də bundan istifadə edərək dövlətimizin də dəstəyi ilə bu çətin layihəni həyata keçirəcəyik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info