Qəbələdə muğam axşamı
Tarix: 31.07.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də muğam axşamı keçirilib.
APA-nın məlumatına görə konsertdə Əməkdar Artist, Prezident mükafatçısı Səbuhi İbayev, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva, “Muğam-Televiziya müsabiqəsi 2011”in qalibi Səbinə Ərəbli, istedadlı xanəndə Sərxan Bünyadzadə çıxış ediblər. Ümumilikdə 1000-dən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyaları və bəstəkarlarımızın əsərləri səsləndirilib.
Muğam ifaçılarını Əməkdar Artist Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban), Səfa Kərimov (ud), Emin Cəbrayılov (nağara), Çinarə Mütəllibova (qanun) müşayiət ediblər. Xanəndələrin ifasında “Segah”, “Cahargah”, “Dilkəş”, “Şüştər”, “Bayatı-Şiraz” təsnifləri, eləcə də “Qaragilə”, “Xumar oldum”, “Mənim Azərbaycanım” mahnıları, “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.
Qeyd edək ki, avqustun 1-dək davam edəcək musiqi bayramında görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info