Bakıda “Təmiz hava” aylığı başlayır
Tarix: 31.07.2014 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Avqust ayının 1-dən etibarən ölkə üzrə, xüsusilə də Bakı şəhəri ərazisində "Təmiz hava" aylığı keçiriləcək.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 noyabr 2004-cü il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlərin davamı olaraq, atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqust ayının 1-dən etibarən "Təmiz hava" aylığına start verəcək.
Bölmə rəisinin sözlərinə görə, bütün ölkə üzrə, xüsusilə də paytaxt Bakıda keçiriləcək "Təmiz hava" aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır: "Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılacaq, onların normaya uyğun olmasına nəzarət gücləndiriləcək, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq tədbirlər görüləcək".
V.Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Əks halda, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: "Avtomobil sahiblərinə, sürücülərə bildiririk ki, xüsusi cihazlar vasitəsilə nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi qazın tərkibi öyrəniləcək. Ona görə də idarə etdiyiniz nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirin. Xüsusilə, işlək vəziyyətdə mühərrikin ətraf mühitə buraxdığı qazın tərkibinin normaya uyğun olmasına diqqətlə yanaşın. Əks halda, keçirilən tədbirlər zamanı nöqsanlar aşkar edilərsə, qanunvericiliyə uyğun cəza tədbirləri görüləcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info