Qəbələ festivalı “Euronews”da
Tarix: 31.07.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanmış, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib.
Milyonlarla tamaşaçı auditoriyası olan populyar “Euronews” telekanalında yayımlanmış reportaj da festivala böyük maraq olduğunu təsdiq edir. Süjetdə bildirilir ki, Qafqazın ən gözəl bölgələrindən biri olan 2500 yaşlı qədim Qəbələ şəhəri hər il dünyanın 200 musiqiçisini bir araya toplayıb tamaşaçılara musiqi “ziyafəti” verir. Reportajda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin də fikirləri yer alıb. O da bildirilir ki, festivalda ən diqqət çəkən çıxışlar arasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Yohannesburq Simfonik Orkestri və “Kiyev Solistləri” Kamera Orkestri xüsusilə fərqlənir. Festival çərçivəsində təşkil olunan muğam axşamlarının da tamaşaçılara unudulmaz anlar bəxş etdiyi süjetdə xüsusi vurğulanır.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info