“Yay təcrübəsi proqramı” çərçivəsində doqquz tələbə işə qəbul olunub
Tarix: 31.07.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüş olub.
ARDNŞ-in İnsan resursları departamentinin məlumatına görə, görüş birliyin idarə və müəssisələrində ödənişli təcrübə keçən tələbələrin iş şəraiti ilə yaxından tanış olmaq və onların proqrama münasibətini öyrənmək məqsədi daşıyıb.
Məlumata görə, İB-də həm Azərbaycanın və həm də xarici ölkələrin ali məktəblərdə təhsil alan doqquz tələbə yay təcrübəsi keçir. Haqqı ödənilən təcrübə birliyin idarəetmə aparatının müvafiq şöbələrində, həmçinin Suraxanı, Xəzər, Nərimanov və Nəsimi Qaz istismarı sahələrində təşkil olunub.
Artıq dördüncü ildir ARDNŞ tərəfindən respublikanın və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində ödənişli “Yay təcrübəsi proqramı” keçirilir. Proqramın şərtlərinə görə tələbə ilə müvəqqəti əmək müqaviləsi bağlanır və o, mütəxəssis qismində işə qəbul olunur. Tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq əməkhaqqı ödənilir. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info